Dünya

Rusiya XİN Ermənistanı ittiham etdi

Ermənistan rəhbərliyi son səfərlər zamanı Rusiyaya qarşı addımlar atmayacağına dair söz versə də, bu vədlərə əməl olunmayıb. xeberde.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib. “Ermənistan rəhbərliyi son səfərlər çərçivəsində Moskvada əmin etmişdi ki, Rusiyaya qarşı heç bir addım atılmayacaq. Əgər vəziyyət belədirsə, deməli, Ermənistan rəhbərliyi təkcə Moskva və Rusiya […]

İqtisadiyyat

Mərkəzi Bankdan sahibkarlara şad xəbər

May ayının sonundan başlayaraq ödəniş qəbul edən əksər sahibkarlıq subyektləri əməliyyatları QR-la rahatlıqla həyata keçirə biləcəklər. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, yeni ödəniş aləti sahibkarların bank xərclərini də azaldacaq: “Bu ilin əvvəlindən ölkədə QR ödənişlərin qəbul edilməsi infrastrukturu geniş miqyasda yayılır. Mayın sonu, maksimum iyun […]

manset Mədəniyyət

Onlara Prezident mükafatı verildi – ADLAR

Bəzi incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında”v Sərəncamında əksini tapıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin: Abbasova Mətanət Nizami qızı Abbasova-Budaqova Afaq Nurəhməd qızı Abdullayev Mətləb Fətəli oğlu Abdullayeva Xurşid […]

Cəmiyyət

Yeni tədris ilindən məktəbli formaları dəyişir? – AÇIQLAMA

Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır. Məsələ ilə bağlı xeberde.az “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında qeyd edib ki, hazırkı mərhələdə məktəbli […]

Mədəniyyət

624 yaşı olan türbə bu il bərpa olunacaq 

Qobustan rayonunun Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli “Diri baba” türbəsində bərpa işləri aparılacaq. xeberde.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən satınalma müsabiqəsi elan edilib. Müsabiqəyə əsasən, “Diri baba” türbəsinin bərpası işlərinin satın alınması nəzərdə tutulur. Layihənin ehtimal olunan qiyməti 683 min 515 manat təşkil edir.  Qeyd edək ki, Dövlət Turizm Agentliyi bu […]

İdman

Hidayət Heydərov: “Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib”

Azərbaycan cüdoçularının bütün hazırlıqları Bakıdakı dünya çempionatına yönəlib. xeberde.az xəbər verir ki, bu barədə olimpiya çempionu Hidayət Heydərov (73 kq) açıqlama verib. O, doğma azarkeşlər önündəki yarışda layiqli nəticə qazanacaqlarına inandığını söyləyib: “Tbilisidəki Avropa çempionatını geridə qoymuşuq. Artıq bütün hazırlıqlar Bakıdakı dünya çempionatına yönəlib. Heyətimizə güvənirik. İnanırıq ki, bütün təmsilçilərimiz Azərbaycanı mundialda layiqincə təmsil edəcəklər”. […]

Cəmiyyət manset

Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı – Video

Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. xeberde.az-ın məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri – Əbabil Nağıyeva bildirib ki, tədris prosesi yaxşı keçsə də, insident onları narahat edib. “Videonun bu şəkildə yayılması və oğlumun da həmin görüntülərdə yer almasına görə açıqlama […]

Cəmiyyət

Səmərəli əməkdaşlığımız daha da möhkəmlənəcək

         İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia  Meloninin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Belə bir qüdrətli dövlət xadiminin ölkəmizə səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət etmir, həm də Azərbaycanın beynəlxalq miqyasda artan əhəmiyyətini təsdiqləyir. Qədim tarixə malik olan Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun […]

Cəmiyyət

Dialoq mühitinin formalaşmasına töhfələr

       Hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir və bu xarici siyasət xətti Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Bunu ölkə başçılarının qarşılıqlı səfərləri də sübut […]

Cəmiyyət

İqtisadi birlik gücləndikcə inkişafa inam artır

        Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninın Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev vurğulayıb ki,  İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda […]