İqtisadiyyat

U-18 voleybol komandamız ADA Universitetinin qonağı olub

Veysəloğlu Şirkətlər Qrupunun həmtəsisçisi olduğu və 2026-cı ilin ölkə çempionu olan Milli Aviasiya Akademiyasının (MAA) qadınlardan ibarət U-18 voleybol komandası ADA Universitetinin qonağı olub. Səfər çərçivəsində gənc voleybolçular üçün universitetlə tanışlıq məqsədilə infotur təşkil edilib. Daha sonra ADA Universitetinin əməkdaşı Günel Muxtarova iştirakçılara ali təhsil ocağı barədə ətraflı təqdimat edib. Tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər […]

Cəmiyyət

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.

​            Cənubi Qafqazın təhlükəsizlik arxitekturası kənar güclərin subyektiv ambisiyalarından deyil, məhz region ölkələrinin birbaşa, səmimi və bərabərhüquqlu dialoqundan keçir. Azərbaycan artıq təkcə öz ərazi bütövlüyünü təmin etmiş bir dövlət kimi deyil, həm də bütün regionun taleyini dəyişə biləcək davamlı sülh modelinin əsas memarı və təşəbbüskarı kimi çıxış edir. Prezidentin bu ali kürsüdən səsləndirdiyi sülh mesajları, […]

Cəmiyyət

Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib.

İlham Əliyev 2026-cı il 4 may tarixində Avropa Siyasi Birliyi-nin 8-ci Zirvə toplantısında  videobağlantı vasitəsilə çıxış edərək bir sıra mühüm məqamlara toxundu və regionda baş verən son proseslərə aydınlıq gətirdi. Prezident çıxışında ilk olaraq Zirvə görüşlərinin gələcək təşkilinə dair razılaşmalardan bəhs etdi. O bildirdi ki, Ermənistan 2028-ci ildə bu mötəbər tədbirin Azərbaycanda keçirilməsini dəstəkləyib. Bu […]

Cəmiyyət

Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib.

Cənubi Qafqazın geosiyasi mənzərəsi sürətlə dəyişir. Bir vaxtlar münaqişə və gərginliklə xatırlanan region, artıq qarşılıqlı etimad və beynəlxalq əməkdaşlıq platformasına çevrilməkdədir. Bunun ən son və mühüm göstəricisi, Ermənistanın 2028-ci ildə Avropa Siyasi Birliyinin (EPC) növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsinə rəsmi dəstək verməsidir. 2026-cı ilin may ayında İrəvanda keçirilən sammit çərçivəsində bəyan edilən bu dəstək, sadəcə […]

Cəmiyyət

Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib.

   Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin gələcək Zirvə görüşləri ilə bağlı verdiyi açıqlama regionda diplomatik münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında vurğulanan əsas məqam ondan ibarətdir ki, Azərbaycan regional sabitlik və qarşılıqlı əməkdaşlıq naminə balanslı yanaşmanı dəstəkləyərək 2026-cı ildə Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünə müsbət […]

Cəmiyyət

Şok! Bakının məşhur restoranında insanlara at əti yedirirmişlər – FOTOLAR

“Alp Delux” şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Agentliyin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirib. Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma […]

İqtisadiyyat manset

Əli Əsədov yeni qərar imzalayıb

Nazirlər Kabineti “Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası”nı təsdiq edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda “Qaz təchizatı haqqında” qanuna əsasən hazırlanıb, monitorinq Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında texniki […]

Cəmiyyət Gündəm

“Bakı Metropoliteni”, “BakuBus” və “Bakı Taksi Xidməti” birləşdirilib

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. xeberde.az xəbər verir ki, fərmana əsasən, “Bakı Metropoliteni” “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib. Metropoliten ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər […]

Dünya

60 yaşlı qadın işə gecikməmək üçün hər gün 38 km piyada yol getdi, sonda isə…

ABŞ-də yaşayan 60 yaşlı Darlin Quin 3 ay hər gün işə gedib-gəlmək üçün 38 kilometr piyada yol qət edib. xeberde.az xəbər verir ki, buna səbəb isə Quinin maşınının sıradan çıxmasıdır.  Qeyri-adi vəziyyət ABŞ-də yaşanıb. Avtomobilinin təmir xərclərini qarşılaya bilməyən yaşlı qadının son çarəsi işə piyada getmək olub. Bunun üçün hər gün səhər 4-də evdən çıxan qadın […]

Cəmiyyət

Bakının mərkəzində dəvəni velosiped zolağında saxlayıb getdilər – AÇIQLAMA

Bakının mərkəzində işıq dirəyinə dəvə bağlanıb. xeberde.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Dəvənin hansı məqsədlə və kim tərəfindən əraziyə gətirildiyi məlum deyil. *** Müzakirəyə səbəb olan dəvə görüntüsü paytaxtın Səbail rayonu ərazisində – Əziz Əliyev küçəsində çəkilib. Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, dəvə əraziyə reklam çarxının çəkilişi üçün gətirilib.