İdman

Hidayət Heydərov: “Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib”

Azərbaycan cüdoçularının bütün hazırlıqları Bakıdakı dünya çempionatına yönəlib.

xeberde.az xəbər verir ki, bu barədə olimpiya çempionu Hidayət Heydərov (73 kq) açıqlama verib.

O, doğma azarkeşlər önündəki yarışda layiqli nəticə qazanacaqlarına inandığını söyləyib:

“Tbilisidəki Avropa çempionatını geridə qoymuşuq. Artıq bütün hazırlıqlar Bakıdakı dünya çempionatına yönəlib. Heyətimizə güvənirik. İnanırıq ki, bütün təmsilçilərimiz Azərbaycanı mundialda layiqincə təmsil edəcəklər”.

H.Heydərov mətbuata çox açıqlama vermək istəmədiyini də söyləyib:

“Yanlış anlaşılmasını istəmirəm, lakin müsahibə verməyi çox xoşlamıram. Bu, şəxsi fikrimdir. Bu səbəbdən çox danışmıram”.

Xatırladaq ki, Hidayət Heydərov ötən ay Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir