Hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir və bu xarici siyasət xətti Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Bunu ölkə başçılarının qarşılıqlı səfərləri də sübut edir.Ümumiyyətlə, ölkələrarası münasibətlərdə bu cür səfərlər xüsusi əhəmiyyətə malikdir.
Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Belə ki, xanım Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Beləcə, qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başlayıb.
Xanım Meloni mətbuata bəyanatda deyib ki, İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq. Aydın şəkildə, mənim üçün İranla ümumi sərhədi olan, İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu. Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım. Mən, həmçinin Azərbaycana, Prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İranda təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək, Sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu, dostluğumuzu nümayiş etdirən digər elementdir. Rəsmi qonaq bir daha bəyan edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsi vacibdir.
Meyxoş Abdullah,
yazıçı, Prezident mükafatçısı, Azərbaycan
Yazıçılar Birliyinin üzvü,




