Bakı Ağır Cinayətlər Məhkəməsində himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib. Zərərçəkən Ş. F təqsirləndirilən Günay Novruzovanı iş yoldaşı vasitəsilə tanıdığını deyib: “Bu qadını iş […]
manset
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi – Görün kim imiş
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Azərbaycanda dərman istehsalı kəskin artdı
Sənaye sektorunda 2026-cı ilin yanvar-sentyabr aylarında 51,2 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8% az sənaye məhsulu istehsal edilib. Bu barədə xeberde.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, emal sənayesində cari ilin ilk doqquz ayında 16 982,9 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə […]
Azərbaycanda kartof istehsalı azaldı
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı 1,1% artıb. Bu barədə xeberde.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, sözügedən dövrdə ölkədə faktiki qiymətlərlə 11 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,9%, bitkiçilik məhsullarının istehsalı isə 0,5% çoxalıb. Məhsulun […]
Bakı metrosuna 302 milyon dollar kredit ayrıldı
Asiya İnkişaf Bankı (AİB) Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib. xeberde.az APA-ya istinadla xəbər verir ki, bu maliyyələşdirmə Azərbaycanın paytaxtında metro xidmətlərinin daha təhlükəsiz, daha etibarlı və daha səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək. Layihə Azərbaycan hökuməti […]
Bakıda mal əti niyə bahalaşıb? – VİDEO
Dana ətinin kiloqramı Bakıda 19 manat, Beyləqanda 17 manat, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Beləliklə, paytaxtda qiymət bu iki rayonla müqayisədə 1 manat 50 qəpik – 2 manat yüksəkdir. Bərdədə fəaliyyət göstərən qəssab deyir ki, ümumilikdə ətin yerindən alış qiymətləri artsa da, alıcılara gündəlik satışları azalıb. xeberde.az “Xəzər” TV-yə istinadla xəbər verir ki, […]
Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyası qida analizləri üzrə ISO/IEC 17025:2020 standartı çərçivəsində akkreditasiya sahəsini əhəmiyyətli dərəcədə genişləndirib. Laboratoriya artıq 96 parametr və 115 metod üzrə sınaqlar həyata keçirmək hüququna malikdir. 2026-cı il laboratoriyanın inkişafında mühüm mərhələ ilə yadda qalıb. 2025-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən ISO/IEC 17025:2020 beynəlxalq standartı […]
Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
Ermənistanın Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı yaydığı məlumatlar ətrafında yeni suallar yaranıb. Rəsmi İrəvan əvvəlcə azərbaycanlı hərbçinin Sünik (Zəngəzur) vilayətinin Sisian (Qarakilsə) icmasının Şəki kəndində saxlanıldığını açıqlayıb, daha sonra isə hadisəyə müxtəlif ittihamlar əlavə olunmağa başlayıb. İndi isə Ermənistan mediasında Nəsimi Musayevin guya evə daxil olaraq orada olan uşaqları qorxutduğu iddiaları tirajlanır. Musavat.com xəbər verir […]
Nazirin xalası oğlu mənimsədiyi pulu dövlətə ödədi
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin keçmiş rəhbərlərinin korrupsiya əməlləri ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması davam edir. xeberde.az xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxslər hazırda ev dustaqlığındadırlar. Cinayət işi üzrə ümumilikdə 4 nəfər məsuliyyətə cəlb edilib. Onlardan ikisi kollecin sabiq direktorları Fəxrəddin Zeynalov və İlqar Kubışovdur. Kollecin […]
Keçmiş arvadını uşaq bağçasında bıçaqladı
Mingəçevirdə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb. xeberde.az xəbər verir ki, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib. Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Aygün Həşim qızı Həşimova boşandığı əri tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.










