İdman manset

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu – YENİLƏNİB

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olub. xeberde.az xəbər verir ki, “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü olub. ***Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı davam edir. xeberde.az xəbər verir ki, yarışa ilk sıradan başlayan “Mercedes”in […]

İdman

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb. xeberde.az xəbər verir ki, əsas yarışdan sonra ilk üç pillədə qərarlaşan sürücülərə mükafatlar təqdim edililib. “Mersedes” pilotu Corc Rassell birinci yeri tutub. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd […]

İdman

Azərbaycanda futbol klubu ləğv olundu

“Qaradağ-Lökbatan” Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib. xeberde.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.  Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər. “Qaradağ-Lökbatan” Peşəkar Futbol Klubu 2024-cü ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı […]

İdman

Bakıda taekvondo üzrə “Koreya Səfiri Kuboku” turniri keçiriləcək

Sentyabrın 21–25-də Bakıda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi, 16–21 yaşlılar arasında ölkə çempionatı və gənclər arasında “Koreya Səfiri Kuboku” turniri təşkil olunacaq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb. Dörd gün davam edəcək uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatında Azərbaycanın müxtəlif şəhər və […]

İdman

Azərbaycan milli komandasının məşqçisi vəfat edib

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 67 yaşlı “Əməkdar məşqçi” bu gün dünyasını dəyişib. Mərhum dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub. Veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb. 2008-ci ildən əvvəlcə sərbəst güləş, daha […]

İdman

“Qarabağ” Rosaya görə nə qədər pul ödəyəcək?

“Qarabağ” Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini tamamlayıb. xeberde.az Futbolinfo.az-a istinadla xəbər verir ki, braziliyalı futbolçunun keçidinin detalları müəyyənləşib. Klublar arasında razılığa əsasən, “Qarabağ” 200 min avro müqabilində 23 yaşlı oyunçunu birillik icarəyə götürüb. Rosa cari mövsüm “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak edərsə, ağdamlılar onu 1 milyon avro qarşılığında birdəfəlik transfer etmək məcburiyyətində […]

İdman

Aidə Əliyevaya AFFA-da vəzifə verildi

Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub. xeberde.az  xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, vəzifəsinin icrasına bu gündən başlayıb. Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunları şərh edən iki qadın jurnalistimizdən biridir.

İdman

Qurban Qurbanovdan AÇIQLAMA

“Qarabağ” heyətə yeni futbolçu qatıb. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, futbolçunun kimliyini açıqlamayıb: “Ötən gün yeni transferi iştirak ərizəsinə salmalı idik, amma alınmadı”. Təcrübəli mütəxəssis həmçinin Jeremi Qnalinin komandadan gedə biləcəyini də sözlərinə əlavə edib: “Ona bildirmişik ki, özünə klub tapa bilər”. (Qafqazinfo)

İdman

Maradonanın “Tanrının əli” qolunun vurulduğu top hərraca çıxarılır

xeberde.az xəbər verir ki, futbol tarixinin ən mübahisəli məqamlarından birinin şahidi olan tarixi oyun topu hərraca çıxarılıb. 2020-ci ildə həyatını itirən futbol əfsanəsi, argentinalı Diyeqo Armando Maradonanın 1986-cı il Dünya Çempionatının dörddəbir final matçında İngiltərəyə əli ilə vurduğu və tarixə “Tanrının əli” bəyanatı ilə düşən qolda istifadə edilən top Böyük Britaniyanın paytaxtı Londondakı “Graham Budd” […]