Bakı Ağır Cinayətlər Məhkəməsində himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib. Zərərçəkən Ş. F təqsirləndirilən Günay Novruzovanı iş yoldaşı vasitəsilə tanıdığını deyib: “Bu qadını iş […]
Kriminal
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi – Görün kim imiş
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
SON DƏQİQƏ! Bakıda və rayonlarda əməliyyatlar – DİN gizli narkoşəbəkəni belə çökdürdü
Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı növbəti genişmiqyaslı silsilə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Son 3 gündə paytaxtda və müxtəlif rayonlarda keçirilən əməliyyatlar nəticəsində onlarla şəxsin qanunsuz əməllərinin qarşısı alınıb, külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb. Siyəzən Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində […]
Keçmiş arvadını uşaq bağçasında bıçaqladı
Mingəçevirdə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb. xeberde.az xəbər verir ki, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib. Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Aygün Həşim qızı Həşimova boşandığı əri tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
Beynəlxalq axtarışda olan şəxs Polşa Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib. Bu barədə xeberde.az-a Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşa Respublikasında müəyyən edilən daha bir şəxsin oktyabrın 1-də Nazirlik tərəfindən Azərbaycan Respublikasına ekstradisiyası həyata keçirilib. Belə ki, 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə etmə […]
Prokuror şikayət etdi, həmin ana da həbs olundu
Tərtərdə və Bakıda yaşadıqları ünvanlarda 6 və 11 yaşlı uşaqlara işgəncə verən 1991-ci il təvəllüdlü ana və sevgilisinin apellyasiya məhkəməsi keçirilib. xeberde.az bildirir ki, dövlət ittihamçısı kimi çıxış edən prokuror Tərtər rayon məhkəməsinin qərarından protest verərək ananın da həbsini istəyib. Məsələ burasındadır ki, ilk instansiya məhkəməsi 24 yaşlı Tural Rüstəmovu 4 il müddətinə və onun […]
Lənkəranda gənc oğlan anasının sevgilisini bıçaqladı
Lənkəranda bıçaqlanma hadisəsi olub. Hadisə rayonun kəndlərindən birində qeydə alınıb. İttiham aktına görə, 19 yaşlı Firuz Nəcəfov (şərti adla) yaşadıqları evdə anasının qeyri-rəsmi ər-arvad kimi yaşadığı Məmmədi (şərti adla) bıçaqlayıb. Buna səbəb Məmmədlə Firuzun anasının ayrılması, buna baxmayaraq, kişinin onların evinə barışmaq üçün gəlməsi olub. Məmməd qadınla barışmaq istəsə də, qadın razılaşmayıb və ondan evi […]
Tanınmış şəxslərlə “şəkillər”ini göstərib insanların pullarını alıbmış – FOTO
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Müəyyən edilib ki, o, bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1 728 manat, digər şəxsdən isə istirahət kompleksində ev […]
Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi
Şəmkirdə keçmiş ərinə xəsarət yetirən qadına cinayət işi açılıb. xeberde.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında onların yaşadıqları evdə baş verib. İttiham aktına görə, 39 yaşlı Fəridə Məmmədova (şərti adla) oğlunun Rusiyada həbs olunmasına görə, həmin ölkəyə getmək istəyib. Lakin onun keçmiş əri Nəsir (şərti adla) buna razı olmayıb. Bu səbəbdən keçmiş ər-arvad […]
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb – BİRGƏ MƏLUMAT
Azərbaycanın prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. xeberde.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon […]










