Bölgə Hadisə

Siyəzəndə sel körpünü dağıtdı: Kiçik Həmyə kəndinə gedən əsas yol bağlandı

Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib.

Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb.

Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb.

Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar.

Körpünün uçması sakinlərin hərəkətinə maneə yaradır, məktəb və gündəlik gediş-gəliş baxımından kənd sakinləri çətin vəziyyətlə üzləşiblər./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir