Qış aylarının vazkeçilməz içkilərindən biri olan salep artıq sadəcə içki deyil, böyük gəlir gətirən kənd təsərrüfatı məhsuluna çevrilib. Xalq arasında “ağ qızıl” adlandırılan bu bitkinin istehsalı və satışı bəzi bölgələrdə qızılla yarışan qazanc mənbəyi hesab olunur. 2026-cı il bazar qiymətlərinə görə saf toz salepin kiloqramı 12 min lirədən başlayaraq 18 min lirəyə qədər (təxminən 440-660 manat) yüksəlir.
xeberde.az xəbər verir ki, torpağın dərinliklərində yetişən salep orkidesi həm çətin istehsal prosesi, həm də yüksək bazar dəyəri ilə diqqət çəkir. Türkiyədə yabanı orkidelərin qorunması məqsədilə istehsal yalnız Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin ciddi nəzarəti altında həyata keçirilir. “Kültür sale pi” adlanan istehsal prosesi sentyabr-noyabr aylarında yumruların torpağa əkilməsi ilə başlayır.
Qış boyunca torpaq altında qalan bitki yaz aylarında çiçəklənməyə başlayır. May və iyun aylarında isə əsas xəzinə hesab olunan yumrular torpaqdan çıxarılır. Toplanan yumrular diqqətlə yuyulur, südün içində qaynadılır və daha sonra kölgədə qurudulur. Son mərhələdə daş dəyirmanlarda üyüdülərək sale pin məşhur toz forması əldə edilir.
Məhsulun keyfiyyəti və emal üsulu qiymətə birbaşa təsir edir. Bazarda:
Saf toz salepin kiloqramı 12 min – 18 min lirə
Qurudulmuş yumrular 8 min – 12 min lirə
Təzə yumrular isə 2 min – 3 min 500 lirə arasında satılır.
Mütəxəssislər bildirirlər ki, bu yüksək qiymətin əsas səbəbi istehsal prosesinin çox zəhmətli olmasıdır. Çünki cəmi 1 kiloqram quru salep əldə etmək üçün 4-5 kiloqram yaş yumru toplamaq lazımdır.
Doğru üsulla istehsal aparıldıqda salep yetişdirilməsi sahibkarlar üçün çox gəlirli sahəyə çevrilə bilər. Məlumata görə, bir dönümlük ərazidən təxminən 100 kiloqram yaş yumru əldə etmək mümkündür. Bu məhsul qurudulub toz halına gətirildikdə təxminən 25 kiloqram saf salep verir.
2026-cı il qiymətləri ilə hesablandıqda isə bir dönümdən əldə edilən ümumi gəlir 250 min lirədən 400 min lirəyə qədər yüksələ bilir.
Mütəxəssislər uğurlu istehsal üçün sertifikatlı yumrudan istifadə edilməsinin, torpağın su saxlamayan quruluşda olmasının və alaq otlarına qarşı diqqətli mübarizə aparılmasının vacib olduğunu bildirirlər.
Qeyd olunur ki, həqiqi salep yüksək qatı konsistensiyası və özünəməxsus torpaq qoxusu ilə saxta məhsullardan asanlıqla seçilir. Bu səbəbdən salep artıq sadəcə qış içkisi deyil, strateji və yüksək gəlirli kənd təsərrüfatı məhsulu hesab olunur.




