Cəmiyyət

Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Səfər proqramına uyğun olaraq əvvəlcə dövlət başçısı ilə təkbətək görüş baş tutub. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüş zamanı  Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi-ticarət əlaqələri, nəqliyyat-kommunikasiya layihələri, regional məsələlər […]

Cəmiyyət

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik.

Avropa Komissiyası (və ümumilikdə Avropa İttifaqı) ilə Azərbaycan arasındakı münasibətlər hazırda strateji baxımdan olduqca kritik və dinamik bir mərhələdədir. Bu əlaqələr artıq sadəcə regional tərəfdaşlıq deyil, qlobal əhəmiyyət kəsb edən bir müstəviyə keçib. Bu mühüm mərhələni şərtləndirən bir neçə əsas istiqamət var: 2022-ci ildə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu münasibətlərin onurğa […]

Ana Səhfə

Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik.

  Sülh hər bir xalqın və dövlətin ən böyük arzularından biridir. Uzun illər münaqişə və gərginlik yaşayan cəmiyyətlər üçün sülh təkcə siyasi anlayış deyil, həm də insanların gündəlik həyatında hiss etdiyi, duyduğu və yaşadığı bir dəyərdir. Bu gün biz göstəririk ki, sülh artıq bizim üçün uzaq və əlçatmaz bir məfhum deyil. O, hiss olunan reallığa […]

Cəmiyyət

Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır.

    Azərbaycan son illərdə bərpaolunan enerji sahəsinin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Günəş, külək və su elektrik enerjisinin istehsalının artırılması həm ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu baxımdan Avropa Komissiyası ilə aparılan müzakirələr xüsusi əhəmiyyət daşıyır.    Keçirilən görüş zamanı Azərbaycanın Günəş, külək və su elektrik […]

Cəmiyyət

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

    Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakı səfəri tarixi kontekstdən kənarda qiymətləndirilə bilməz. İndiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha […]

Cəmiyyət

Cənubi Qafqaz ön plana çıxır

   Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüşlər, danışıqların yekunu bir daha göstərdi ki, bizim də dünya ailəsində sayılıb-seçilən dövlətimiz var. Söhbət əsrlər boyu imperiyalar, dövlətlər quran, dünyaya mədəniyyətlər bəxş edən ləyaqətli, qürurlu bir millətin yaratdığı dövlətdən gedir.    Cənubi Qafqaz Xəzər hövzəsini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən […]

Cəmiyyət

Enerji təhlükəsizliyi ən mühüm amildir

    Avropa Komissiyasının Prezidenti  Ursula fon der Lyayenin Cənubi Qafqaza növbəti səfəri Avropa İttifaqının (Aİ) regiona münasibətində formalaşan yeni geosiyasi yanaşmanın praktik ifadəsidir. Əgər bir neçə il əvvəl Brüsselin Cənubi Qafqaz siyasətində təhlükəsizlik, münaqişələrin idarə olunması və normativ gündəm üstünlük təşkil edirdisə, hazırkı mərhələdə prioritetlər əhəmiyyətli dərəcədə dəyişib. Region artıq Avrasiya məkanında enerji, nəqliyyat və […]

Cəmiyyət

Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər.Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev mətbuata açıqlamasında qeyd edib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının […]

Cəmiyyət

Azərbaycan Xəzər regionunda mühüm mövqedədir

    Avropa Komissiyasının  Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Xatırlayırsınızsa, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdı. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox […]