Sentyabrın 7-də Bakıda müşahidə olunan güclü leysan paytaxtın infrastrukturunu yenidən sınağa çəkdi. Qısa müddətdə intensiv yağıntının düşməsinə baxmayaraq, əvvəlki güclü yağışlarla müqayisədə şəhərdə ciddi və genişmiqyaslı fəsadlar qeydə alınmadı. Əsas magistral yollar, körpülər və nəqliyyat qovşaqlarında hərəkət davam etdi, daha əvvəl yağış zamanı suyun toplanması ilə gündəmə gələn bir sıra ərazilərdə isə bu dəfə eyni […]
Gündəm
Prezident MÜHÜM SƏRƏNCAM imzaladı
Azərbaycan Respublikası Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. xeberde xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər: Media və Yayım Şurasının sədri İsmayılov Əhməd Məhəmməd oğlu Media və Yayım Şurasının üzvləri Abdullayev Məhəmməd İzzət oğlu Bəşirli Aynur Əliövsət […]
İşdən çıxarılan sədr keçmiş deputatın oğludur
İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Fəxri Kazımov Milli Məclisin mərhum deputatı Xanhüseyn Kazımlının oğludur. xeberde.az-ın xəbərinə görə, X.Kazımlı birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisinin deputatı olub. Fəxri Kazımovun atası həmçinin Azərbaycan Sosial Rifah Partiyasının yaradıcısı və uzun illər sədri postunu tutub. O, 2025-ci ildə vəfat edib. Qeyd […]
Nigar Fərhaddan yeni xəbər var
“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad zərərçəkənlərə dəymiş ziyanı ödəməyə başlayıb. xeberde.az xəbər verir ki, bu barədə Lent.az-a şikayətçilərdən biri məlumat verib. O bildirib ki, bu günə kimi ümumilikdə 13 nəfərə dəymiş ziyan ödənilib: “Bizi istintaqa çağırdılar, izahat aldılar və bildirdilər ki, bir ay ərzində dəymiş ziyan bütünlükdə ödəniləcək. Dedikləri kimi də oldu, […]
Bakıda bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb?
Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır. xeberde.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib. Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan […]
Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
Azərbaycanda bir sıra tenderlərin qalibi olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub. Buna səbəb onun dövlət büdcəsinə olan vergi borcları ilə bağlıdır. Məlumata əsasən, İnternational Supply And Constructıon Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 23 min 837 manat vergi borcu yaranıb. Bu il yaranan sözügedən borclarla bağlı dəfələrlə Dövlət Vergi Xidməti Bakı şəhəri […]
Bakı-Naxçıvan aviareysləri bu səbəbdən təxirə salınıb
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu günə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb. xeberde.az AZAL-a istinadən xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaq. “Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, eləcə də dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına […]
Polad Bülbüloğlunun ailə qurması ilə bağlı elə detallar bilindi ki… – FOTO
Xalq artisti Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması onun şəxsi həyatını ictimai müzakirələrin mərkəzinə qoyub. Polad Bülbüloğlunun ilk həyat yoldaşı məşhur ukraynalı və rusiyalı opera müğənnisi Bela Rudenko olub. Bela Rudenko (1933–2021) keçmiş SSRİ-də “Sovet primadonnası” və “Ukrayna bülbülü” kimi tanınan məşhur opera solisti və pedaqoq idi. O, Polad Bülbüloğlundan 12 yaş böyük idi. Polad […]
Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb
Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb. xeberde.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib. “Bakı bu axşam xüsusilə möhtəşəm görünür! Azərbaycana ürəkdən təşəkkürlər!”, – paylaşımda bildirilib.
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. “Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan […]










