Mayın 28-də Liderlərin – Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin olunması baxımından simvolik əhəmiyyət daşıyır. Zirvə görüşündə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Zirvə görüşündə Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq […]
Month: İyun 2025
Qaraçuxur bələdiyyəsi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib – FOTOLAR
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur bələdiyyəsi və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın təşkilatçılığı ilə “Uşaq hüquqları və azyaşlıların əməyinin istismarı”na həsr olunmuş tədbir keçirilib. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada baş tutan təbdir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin […]
TƏBİB-ə bu qədər mətbuat xidməti lazımdırmı? – ARAŞDIRMA
Azərbaycan səhiyyə sistemində son illərdə aparılan institusional dəyişikliklərdən biri də TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaradılması oldu. Bu qurumun məqsədi səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnuniyyətinin təmin edilməsi idi. Lakin son vaxtlar ictimaiyyət arasında müzakirəyə səbəb olan suallardan biri də TƏBİB-in mətbuat xidməti strukturunun böyüklüyü və səmərəliliyidir. Görünən və görünməyən […]
Yeni zirvələrə doğru ilhamlı sıçrayış
Mayın 28-də Vətənimizin dilbər guşəsi Laçında keçirilən Zirvə görüşü Müstəqillik bayramımıza rövnəq verdi. Bu tədbir bir daha göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Üç qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə və Pakistanla […]
Qardaşlıq tellərini daha da möhkəmləndirəcəyik
Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu baxımdan mayın 28-də füsunkar Laçında baş tutmuş Zirvə görüşü tarixi hadisəyə çevirdi. Öncə qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun […]
Gələcək uğurlara dərin inam
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də keçirilmiş Laçın Zirvə görüşündə vurğuladığı kimi, son illərdə Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycan Respublikasının ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə üç ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Azərbaycanın bölgədəki hakim gücü, ən əsas da güclü müttəfiq və qardaşlıq dəstəyi […]
Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin yeni inkişaf dövrü
Mayın 28-də, yəni mübarək Müstəqillik günündə təşkil olunmuş Laçın Zirvə görüşündə, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə cumhur başqanı Rəcəb Tayib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bəyanatları, hər üç dövləti səmimi və sağlam münasibətləri qürur doğuran hallardır. Bu da səbəbsiz deyildir, üç ölkə arasında qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz […]
Qarşılıqlı etimad və hörmətin yeni təzahürü
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də keçirilmiş Laçın Zirvə görüşündə vurğuladığı kimi, son illərdə Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında təmaslar daha da intensivləşib. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq 2020-ci ildən etibarən yeni keyfiyyət mərhələsinə qədəm qoyub, intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Üç ölkə liderləri […]
Laçın Zirvə görüşü dostluğumuzun və qardaşlığımızın zirvəsidir
Hamımıza məlumdur ki, mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib Laçın Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş ən gözəl bir məkanda keçirildi. Bunun böyük rəmzi mənası var. Zirvə görüşü sayca ikinci oldu. Keçən […]
Müalicə və Mərhəmətin Ünvanı – Qumru Allahverdiyeva
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən “Günəşli” nevroloji sanatoriyası ölkəmizin səhiyyə və reabilitasiya sahəsində özünəməxsus yer tutan nüfuzlu müalicə müəssisələrindən biridir. Bu sanatoriyada sağlamlığını bərpa etmək üçün müraciət edən hər bir vətəndaş yüksək səviyyəli tibbi xidmət və dərin insani münasibətlə qarşılanır. Bu uğurların mərkəzində isə öz peşəsinə sadiq, humanist dəyərlərə […]