Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də keçirilmiş Laçın Zirvə görüşündə vurğuladığı kimi, son illərdə Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında təmaslar daha da intensivləşib. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq 2020-ci ildən etibarən yeni keyfiyyət mərhələsinə qədəm qoyub, intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Üç ölkə liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini bir daha təsdiqləyir.Ortaq maraqlara, təşəbbüslərə söykənən Türkiyə-Pakistan-Azərbaycan münasibətləri Bu əməkdaşlıq siyasi və hərbi sahələrlə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə də özünü göstərməkdədir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir, Orta Dəhlizin təşəbbüskarı, qlobal Şərq-Qərb nəqliyyat və enerji damarını hərəkətə gətirən, ona impuls verən sinir sistemidir. Azərbaycanın coğrafi mövqeyi ona uğurların əldə edilməsində böyük dəstək verir, amma ölkə rəhbərimizin prinsipiallığı, kəskin iradə nümayişi, etibarlılıq və etimada söykənən əlaqələrin qurulmasındakı təşəbbüsləri qlobal layihələrdə legitimliyimizi təmin edilməsində başlıca rol oynayır. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub. Biz Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik. Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən, təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib olan üç qardaş ölkə. arasındakı bağları daha da gücləndirmək əsas məqsəddir. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında möhkəm dayanacağıq.Ramil Əmənov,Cəlilabad Rayon İcra Hakimiyyəti Yanında İctimai şuranın sədri
Oxşar Xəbərlər
Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib. Bu barədə musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub: “Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”. AQTA-dan bildiriblər ki, […]
Qurban Qurbanov hesabat konfransına qatılmadı
“Qarabağ”ın və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb. Təcrübəli mütəxəssisin iclasda olmamasının səbəbi bəlli deyil. Qeyd edək ki, bu, ilk belə hal deyil. Qurban Qurbanov ötən günlərdə AFFA-nın Tovuzda keçirdiyi akademiyanın açılışına və AFFA İcraiyyə Komitəsinin iclasına da qatılmamışdı.
“Appro Hospital”-da xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular – VİDEO
Bakıda yerləşən “Appro Hospital”-da ağır yaralı olan xəstəyə qarşı qeyri-ciddi münasibət göstərilib. xeberde.az xəbər verir ki, avqustun 1-də qəza edən Təcili Yardım maşında olan həkim Əliağa Quliyev ağır yaralanıb və Şirvan Rayon Mərkəzi Xəsətxanasına aparılıb. Buradan isə Bakıda yerləşən “Appro Hospital”a köçürülüb. Məsələ ilə bağlı müraciət edən şikayətçi bildirib ki, atası Əliağa Quliyev 37 gün […]



