Hamımıza məlumdur ki, mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib Laçın Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş ən gözəl bir məkanda keçirildi. Bunun böyük rəmzi mənası var. Zirvə görüşü sayca ikinci oldu. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdi. Prezident İlham Əliyev vurğulamışdır ki, ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək nümayiş etdirmişdir. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Dövlətimizin başçısı qeyd edib ki, hazırda ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcək. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm. Bir sözlə, bu gün Türkiyə, Pakistan, Azərbaycan arasında birlik, dostluq, qardaşlıq əlaqələrinin inkişafı göz qabağındadır. Milli maraqlara söykənən qarşılıqlı münasibətlərin tarixi də qədimdir, necə deyərlər, zamanın sınaqlarından alnı açıq çıxıb. Bu münasibətlər təkcə iqtisadi, siyasi müstəvidə deyil, bütün mənalarda sağlam düşüncə, sağlam ruh üzərində qurulub. Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşünün keçirilməsi təkcə üç müttəfiq və qardaş ölkənin həmrəylik addımı deyildi. Bu, ilk növbədə üç müttəfiq ölkənin bölgədəki siyasi reallıqlar barədə dünya siyasətinin nəhənglərinə ünvanladıqları son dərəcə vacib mesaj idi.Ofeliya Sadatova,Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru
Oxşar Xəbərlər
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib Gülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri baş tutub. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, Qrupun tərkibinə daxil olan şirkətlərin rəhbərləri, idarəetmə komandası və müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi […]
Hökumətdən yeni qərar – ƏT UCUZLAŞACAQ?
Azərbaycanda örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması, eləcə də, heyvanların erkən kəsiminin qarşısının alınması üçün xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək. Belə ki, Aqrar Subsidiya Şurasının qərarı ilə istifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat, diri çəkisi 600 kiloqram və daha […]
Yasamalda qadının evini başına uçuran “xeyriyyəçi“ iş adamı kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra rəsmi qurumlar hərəkətə keçib. Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı […]



