Mayın 28-də, yəni mübarək Müstəqillik günündə təşkil olunmuş Laçın Zirvə görüşündə, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə cumhur başqanı Rəcəb Tayib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bəyanatları, hər üç dövləti səmimi və sağlam münasibətləri qürur doğuran hallardır. Bu da səbəbsiz deyildir, üç ölkə arasında qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz üçtərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Pakistan ilə Hindistan arasında baş verən gərginliyin atəşkəslə nəticələnməsindən məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Bu proses müddətində nümayiş etdirdiyi təmkinli və qətiyyətli mövqeyinə görə Şahbaz qardaşımızı və Pakistan rəsmilərini bir daha təbrik edirəm. Arzumuz elan olunan atəşkəsin davamlı sülhə çevrilməsidir. ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Bir daha qeyd edəm ki, bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq. Bu gün səhər açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram. Laçın Zirvə görüşü həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Möhkəm əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək.Vahid Mirzəyev,Cəlilabad şəhər bələdiyyəsinin sədri
Oxşar Xəbərlər
Gədəbəydə 37 yaşlı kişi öldürüldü- Atası tutuldu
Gədəbəy rayonunda qətl törədilib. Noyabrın 15-i saat 22 radələrində Slavyanka kəndindəki evdə 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaqlanıb. Kürək nahiyəsindən ağır xəsarət alan şəxs vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun atası 1966-cı il təvəllüdlü İlqar Ləzim oğlu İlyasov polis əməkdaşları tərəfindən tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapıldı
Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapılıb. Hadisə paytaxtın Səbail rayonu, Ş.Allahverdiyev küçəsində yerləşən 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində qeydə alınıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Nadirov olması müəyyən edilib. Araşdırmalar aparılır./Lent.az
Faciəli şəkildə 4 nəfərin həyatını itirməsi ilə bağlı hoteldən açıqlama – FOTO
Ofisiantlar metal konstruksiyalı mexanizmi otelin arxa hissəsindəki tikintidən gətiriblər. xeberde.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə baş verən “Lake Hotel”in mühafizəçisi Əliağa Həsənov deyib. “Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada olub. Ofisiantlar həmin qurğunu hotelin həyətinə gətirirdilər. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli […]



