Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də keçirilmiş Laçın Zirvə görüşündə vurğuladığı kimi, son illərdə Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycan Respublikasının ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə üç ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Azərbaycanın bölgədəki hakim gücü, ən əsas da güclü müttəfiq və qardaşlıq dəstəyi Laçında nümayiş olundu. Bölgənin iqtisadi və siyasi gücü sayılan Azərbaycanın dünya gücləri sayılan Pakistan və Türkiyə ilə Laçındakı əzələ nümayişi ilk əvvəl bölgədəki duruma “əl qoymaq istəyənləri” xəbərdar etmək siqnalı idi. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısıdır, öz enerji resurslarını Türkiyə vasitəsilə Avropaya tədarük edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr bu əməkdaşlığın əsasını təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. Hər gün genişlənən enerji əlaqələri Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə – İğdır-Naxçıvan qaz kəmərinin reallaşması ilə yekunlaşıb. Bununla da blokada şəraitində yaşayan Naxçıvanın enerji təhlükəsizliyini təmin etmək mümkün olacaq. Prezident İlham Əliyevin Laçın Zirvə görüşündə vurğuladığı kimi, Üçtərəfli əməkdaşlığımızın təşkilatlanması üçün xüsusilə ortaq gündəmimizi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaqlar. Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirik. Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Hindistanla münaqişə bunu açıq-aydın göstərdi. Son dövrlərdə bu tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Əminik ki, Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və digər toplantılar əkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracağıq. Məmmədzadə Əliyev,Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri
Oxşar Xəbərlər
Enerji təhlükəsizliyi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir. Bu gün Azərbaycan regionda tranzit enerji təminatçısı və etibarlı iqtisadi […]
Bizim üstünlüklərimiz çoxdur
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışında deyildiyi kimi, Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data […]
Xalqlarımızın humanitar əməkdaşlığa böyük ehtiyacı var
Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini […]



