Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də keçirilmiş Laçın Zirvə görüşündə vurğuladığı kimi, son illərdə Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycan Respublikasının ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə üç ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Azərbaycanın bölgədəki hakim gücü, ən əsas da güclü müttəfiq və qardaşlıq dəstəyi Laçında nümayiş olundu. Bölgənin iqtisadi və siyasi gücü sayılan Azərbaycanın dünya gücləri sayılan Pakistan və Türkiyə ilə Laçındakı əzələ nümayişi ilk əvvəl bölgədəki duruma “əl qoymaq istəyənləri” xəbərdar etmək siqnalı idi. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısıdır, öz enerji resurslarını Türkiyə vasitəsilə Avropaya tədarük edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr bu əməkdaşlığın əsasını təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. Hər gün genişlənən enerji əlaqələri Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə – İğdır-Naxçıvan qaz kəmərinin reallaşması ilə yekunlaşıb. Bununla da blokada şəraitində yaşayan Naxçıvanın enerji təhlükəsizliyini təmin etmək mümkün olacaq. Prezident İlham Əliyevin Laçın Zirvə görüşündə vurğuladığı kimi, Üçtərəfli əməkdaşlığımızın təşkilatlanması üçün xüsusilə ortaq gündəmimizi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaqlar. Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirik. Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Hindistanla münaqişə bunu açıq-aydın göstərdi. Son dövrlərdə bu tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Əminik ki, Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və digər toplantılar əkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracağıq. Məmmədzadə Əliyev,Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri
Oxşar Xəbərlər
İmtahan nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi tərəfindən 13 aprel 2025-ci il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib. Bu barədə xeberde.az-a DİM-dən məlumat verilib. İmtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə […]
Peyğəmbərlik yuxularını görən yeganə BÜRC
Astroloqlar iddia edirlər ki, bütün bürclər arasında yalnız Balıqlar öz gələcəkləri ilə bağlı ipuçlarını yuxularda görmək qabiliyyətinə malikdirlər. Onların intuisiyası, şüuraltı ilə dərin əlaqəsi və zəngin təxəyyülü gecə görüntülərini sadəcə fantaziyalardan daha çox edir. Çox vaxt Balıqların xəyalları real xəbərdarlıqlara və ya hətta vacib həyati məsələlərin hazır həllinə çevrilir. Niyə məhz Balıqlar? Balıqlar başqalarının adətən […]
Fevralda BU BÜRCLƏR sərvət tapacaq – Pulu xərcləməyə yer tapmayacaqsız
Fevral ayı bəzi bürclər üçün əsl bolluq və sürpriz qazanc dövrü olacaq. xeberde.az xəbər verir ki, astrologiyaya görə, bu ay gözlənilməz pullar, uğurlu razılaşmalar və maddi rahatlıq bir neçə bürcün qapısını döyəcək. Elə bürclər var ki, fevralda pulu haraya xərcləyəcəyini düşünəcək. Budur fevralın ən şanslı bürcləri: Buğa Buğalar üçün fevral ayı pul axınının sürətləndiyi dövrdür. Uzun […]



