Şərur Peşə Liseyində fərqli nəsilləri birləşdirən maraqlı bir mənzərə var. Səhərlər eyni evdən çıxan nənə və nəvə eyni təhsil müəssisəsinə üz tutur. Onlardan biri illərdir ailəsi üçün hazırladığı yeməkləri peşəkar səviyyədə bişirməyi öyrənmək, digəri isə ailə ənənəsini davam etdirərək elektrik peşəsinə yiyələnmək istəyir. Ölkə.az xəbər verir ki, “Azərbaycan müəllimi” eyni liseydə fərqli ixtisaslar üzrə təhsil […]
Təhsil
Məktəblərdə geyimlə bağlı ciddi yoxlamalar davam edəcək
Oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə başlanılıb. Bakı Şəhəri Təhsil İdarəsindən xeberde.az-a verilən məlumata görə, monitorinqlər çərçivəsində şagirdlərin müəyyən olunmuş məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etmələri vəziyyəti […]
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT
Azərbaycan Texniki Universitetində (ATU) uzun illər dosent vəzifəsində çalışmış Sadiq Xəlilovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. İddiaçı işə götürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, onunla müddətsiz əmək müqaviləsi bağlanmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edib. Məhkəmə materiallarına əsasən, Sadiq […]
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xeberde.az xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də […]
Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur
Azərbaycanda elmi-metodiki jurnallardan biri ləğv olunur. xeberde.az-ın xəbərinə görə, “Kurrıkulum” elmi-metodiki jurnalı MMC bağlanır. Sözügedən jurnal Azərbaycan Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunub. Həmin dövrdə təhsil naziri vəzifəsində Misir Mərdanov çalışırdı. Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Cavadov İlham Ağaqardaş oğludur. O, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktor müavinidir.
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib. Görüşün yekununda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu […]
Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI
2026–2027-ci tədris ilində ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin tətbiq ediləcəyi yeni məktəblərin siyahısı açıqlanıb. xeberde.az həmin məktəblərini siyahısını təqdim edir: Bakı şəhəri1. Yasamal – Məmməd İsmayıl Cüvarlinski adına 52 nömrəli tam orta ümumtəhsil məktəbi2. Yasamal 133 nömrəli tam orta ümumtəhsil məktəbi3. Nərimanov – 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbi4. Nərimanov – Dilqəm Nəbiyev adına […]
Ali məktəbə qəbul olmayanların NƏZƏRİNƏ – Bir şansınız daha var
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. DİM-dən xeberde.az-a verilən xəbərə görə, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” […]
58 947 nəfər ali məktəblərə qəbul olub – YENİLƏNİB
Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı Mərkəzin internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Hər bir abituriyentə dim.gov.az […]
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər – QAYDA
Məktəblərdə şagird davranışlarının tənzimlənməsi və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məqsədilə davranış qaydaları tətbiq olunur. Bu qaydalarda müxtəlif səviyyələr üzrə pozuntular müəyyənləşdirilsə də, bəzi hərəkətlər ən ağır – 5-ci səviyyəli qayda pozuntusu hesab edilir. Maraqlıdır, hansı davranışlar bu kateqoriyaya daxildir və onlar hansı nəticələrə səbəb ola bilər? Bu kateqoriyaya daxil edilən davranışlar şagirdlərin, müəllimlərin və məktəb […]










