Cəmiyyət

Şok! Bakının məşhur restoranında insanlara at əti yedirirmişlər – FOTOLAR

“Alp Delux” şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Agentliyin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirib. Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma […]

İqtisadiyyat manset

Əli Əsədov yeni qərar imzalayıb

Nazirlər Kabineti “Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası”nı təsdiq edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda “Qaz təchizatı haqqında” qanuna əsasən hazırlanıb, monitorinq Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında texniki […]

Cəmiyyət Gündəm

“Bakı Metropoliteni”, “BakuBus” və “Bakı Taksi Xidməti” birləşdirilib

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. xeberde.az xəbər verir ki, fərmana əsasən, “Bakı Metropoliteni” “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib. Metropoliten ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər […]

Dünya

60 yaşlı qadın işə gecikməmək üçün hər gün 38 km piyada yol getdi, sonda isə…

ABŞ-də yaşayan 60 yaşlı Darlin Quin 3 ay hər gün işə gedib-gəlmək üçün 38 kilometr piyada yol qət edib. xeberde.az xəbər verir ki, buna səbəb isə Quinin maşınının sıradan çıxmasıdır.  Qeyri-adi vəziyyət ABŞ-də yaşanıb. Avtomobilinin təmir xərclərini qarşılaya bilməyən yaşlı qadının son çarəsi işə piyada getmək olub. Bunun üçün hər gün səhər 4-də evdən çıxan qadın […]

Cəmiyyət

Bakının mərkəzində dəvəni velosiped zolağında saxlayıb getdilər – AÇIQLAMA

Bakının mərkəzində işıq dirəyinə dəvə bağlanıb. xeberde.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Dəvənin hansı məqsədlə və kim tərəfindən əraziyə gətirildiyi məlum deyil. *** Müzakirəyə səbəb olan dəvə görüntüsü paytaxtın Səbail rayonu ərazisində – Əziz Əliyev küçəsində çəkilib. Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, dəvə əraziyə reklam çarxının çəkilişi üçün gətirilib.

Dünya

Rusiya XİN Ermənistanı ittiham etdi

Ermənistan rəhbərliyi son səfərlər zamanı Rusiyaya qarşı addımlar atmayacağına dair söz versə də, bu vədlərə əməl olunmayıb. xeberde.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib. “Ermənistan rəhbərliyi son səfərlər çərçivəsində Moskvada əmin etmişdi ki, Rusiyaya qarşı heç bir addım atılmayacaq. Əgər vəziyyət belədirsə, deməli, Ermənistan rəhbərliyi təkcə Moskva və Rusiya […]

İqtisadiyyat

Mərkəzi Bankdan sahibkarlara şad xəbər

May ayının sonundan başlayaraq ödəniş qəbul edən əksər sahibkarlıq subyektləri əməliyyatları QR-la rahatlıqla həyata keçirə biləcəklər. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, yeni ödəniş aləti sahibkarların bank xərclərini də azaldacaq: “Bu ilin əvvəlindən ölkədə QR ödənişlərin qəbul edilməsi infrastrukturu geniş miqyasda yayılır. Mayın sonu, maksimum iyun […]

manset Mədəniyyət

Onlara Prezident mükafatı verildi – ADLAR

Bəzi incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında”v Sərəncamında əksini tapıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin: Abbasova Mətanət Nizami qızı Abbasova-Budaqova Afaq Nurəhməd qızı Abdullayev Mətləb Fətəli oğlu Abdullayeva Xurşid […]

Cəmiyyət

Yeni tədris ilindən məktəbli formaları dəyişir? – AÇIQLAMA

Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır. Məsələ ilə bağlı xeberde.az “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında qeyd edib ki, hazırkı mərhələdə məktəbli […]

Mədəniyyət

624 yaşı olan türbə bu il bərpa olunacaq 

Qobustan rayonunun Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli “Diri baba” türbəsində bərpa işləri aparılacaq. xeberde.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən satınalma müsabiqəsi elan edilib. Müsabiqəyə əsasən, “Diri baba” türbəsinin bərpası işlərinin satın alınması nəzərdə tutulur. Layihənin ehtimal olunan qiyməti 683 min 515 manat təşkil edir.  Qeyd edək ki, Dövlət Turizm Agentliyi bu […]