Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, vətənimiz güclü orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, onun sözünə etibar olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır. Həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır.
Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninın Azərbaycana səfəri də bunun bariz nümunəsidir. Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər münasibətlərimizin gələcək inkişafını şərtləndirir.
Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan Azərbaycan istər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir.
İtaliya-Azərbaycan münasibətləri müstəqilliyimizi əldə etdiyimiz dövrdən də xeyli əvvəl başlayıb. Hələ 1903-1906-cı illərdə Bakıdan Batuma neft kəmərinin çəkilməsində italiyalı mütəxəssislər fəal iştirak ediblər. Hətta bu neft kəmərinin işə salınması və fəaliyyət göstərməsi ilə bağlı İtaliya şirkəti də yaradılmışdı.
Azərbaycanda hakimiyyət möhkəmləndikcə və ölkədə stabillik yarandıqca İtaliya ilə əlaqələrdə də yeni şərait yarandı: Bu gün Azərbaycanın iqtisadiyyatında İtaliyanın özünün çəkisi var. İşğaldan azad olunmuş ərazilərimizdə İtaliya şirkətlərinin iştirakı faktır. Bu da böyük bir proses kimi özünü göstərməyə başlayıb.
Ələkbər Niftiyev,
YAP Cəlilabad RT, Ərazi partiya təşkilatının sədri




