Araşdırma

Süni intellekt xərçəngi müalicə edəcək

Yaxın illərdə süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng xəstəliyinin müalicəsində fərdiləşdirilmiş yanaşmalar geniş tətbiq olunacaq. 

xeberde.az xəbər verir ki, bunu ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi Jr. bəyan edib. 

O bildirib ki, bu texnologiyalar hər bir xəstənin genetik xüsusiyyətlərini, xəstəliyin gedişatını və digər tibbi məlumatları analiz edərək daha dəqiq və effektiv müalicə planlarının hazırlanmasına şərait yaradır.

Kennedi qeyd edib ki, bu istiqamətdə aparılan işlər səhiyyə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və məqsəd standart müalicə üsullarından fərqli olaraq hər bir pasiyent üçün optimal nəticə verən fərdi terapiya modellərini inkişaf etdirməkdir.

Qeyd edək ki, ABŞ-də səhiyyə qurumları süni intellekt əsaslı layihələrə maliyyə dəstəyini artıraraq xüsusilə uşaq xərçəngi üzrə məlumatların təhlili və yeni müalicə üsullarının hazırlanmasını sürətləndirməyi də hədəfləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir