Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də respublikamıza səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Səfər çərçivəsində keçirilən biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət olmuşdur. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar […]
Month: Aprel 2026
Azərbaycan-Latviya münasibətləri hər iki xalqın rifahına töhfə verir
Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin inkişafı prioritet istiqamətlərdən biri olaraq qalır. Bu kontekstdə Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri Bakı ilə Riqa arasındakı əlaqələrin dinamik inkişafının və strateji xarakterinin növbəti bariz nümunəsidir. Bu səfər, həmçinin Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi-siyasi imkanların müzakirəsi üçün mühüm əhəmiyyət kəsb edir. Aprelin […]
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərdi. Səfər həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan diqqət çəkən hadisələrdən biri oldu. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın Avropa ilə münasibətlərində strateji xəttini […]
Bakıda məktəblər və universitetlər distant rejimə keçir – QƏRAR
Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. Bu barədə xeberde.az-a Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat […]
Prezident Lənkəran Dövlət Universitetinə rektor təyin etdi
Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, o bu vəzifəyə ilk dəfə Prezident İlham Əliyev 2021-ci il aprelin 23-də Natiq İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb
Bu ilin I rübündə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları […]
Müğənni Rəqsanə polis nəzarətinə götürüldü
Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib. xeberde.az xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub. Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib. Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində […]
Sabunçu Tibb Mərkəzi və Yeni Klinikanın müvəqqəti direktorlarının adı açıqlanıb
Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb. xeberde.az Unikal.az-a istinadən xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası tibb müəssisəsinin direktorunun cərrahi xidmətlər üzrə müavini Kamil Hacıyevə həvalə edilib. Xatırladaq ki, K.Hacıyev 2025-ci ilin iyul ayında Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Sabunçu Tibb […]
Kürün suyu daşdı, mühafizə bəndi yarıldı
Ağcabədi rayonunda bir neçə gündür müşahidə olunan aramsız yağışlar daşqınlara səbəb olub. xeberde.az xəbər verir ki, nəticədə Kür çayında suyun səviyyəsi yüksəlib. Çayın rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu ərazidə mühafizə bəndi dağılıb. Məlumata görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Avropa İttifaqı (Aİ) İran ətrafındakı münaqişə səbəbindən əlavə enerji xərcləri 24 milyard avro olub. xeberde.az xəbər verir ki, bunu Avropa İttifaqının enerji komissarı Dan Yorgensen deyib. Aİ komissarı bildirib ki, İranla bağlı münaqişənin başlanğıcından bəri Aİ-nin əlavə enerji xərcləri 24 milyard avroya çatıb. O əlavə edib ki, bu gündəlik təxminən 500 milyon avro edir.O qeyd […]










