“Milli Məclisin elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsini qadağan edən qanun layihəsini qəbul etməsi və bu qanunun 1 aprel 2026-cı il tarixindən qüvvəyə minməsi müsbət və vacib addımdır. Lakin hesab edirəm ki, bu sahədə görüləsi işlər hələ çoxdur və qanunvericilik bazası daha da təkmilləşdirilməlidir və […]
Month: Aprel 2026
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu
Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Bağır Səmədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xeberde.az xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarı tətbiq […]
Lənkəranda torpaq sürüşməsi: 6 kəndlə gediş-gəlişi çətinləşdi
Lənkəran rayonunda torpaq sürüşməsi baş verib. xeberde.az xəbər verir ki, sürüşmə 6 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda hərəkəti çətinləşdirib. Yol örtüyündə dərin yarıqlar və çökmələr əmələ gəlib. Ərazidə yerləşən iri ağaclardan biri də kökündən çıxaraq aşıb. Yerli sakinlərin sözlərinə görə, bu yol bir neçə kənd üçün əsas nəqliyyat xəttidir və alternativ yol mövcud deyil. Hazırda […]
Süni intellekt xərçəngi müalicə edəcək
Yaxın illərdə süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng xəstəliyinin müalicəsində fərdiləşdirilmiş yanaşmalar geniş tətbiq olunacaq. xeberde.az xəbər verir ki, bunu ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi Jr. bəyan edib. O bildirib ki, bu texnologiyalar hər bir xəstənin genetik xüsusiyyətlərini, xəstəliyin gedişatını və digər tibbi məlumatları analiz edərək daha dəqiq və effektiv müalicə planlarının hazırlanmasına şərait yaradır. Kennedi qeyd edib ki, […]
AAYDA 54 saylı idarəsinin rəisi 300 min manatlıq maşında gəzir – Milyardlıq korrupsiya İZİ?
Saleh Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) başlanan maliyyə yoxlamalarının miqyası getdikcə daha ciddi mənzərəni ortaya qoyur. xeberde.az-a daxil olan məlumatlara görə, artıq agentliyin bir sıra struktur bölmələrində, o cümlədən regional yol istismar idarələrində geniş araşdırmalar aparılır. Bu araşdırmaların əsas istiqaməti dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smetalar, formal podrat müqavilələri […]
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular
Dövlət Gömrük Komitəsində və tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyində maliyyə və uçot pozuntuları aşkarlanıb. xeberde.az xəbər verir ki, bu barədə Hesablama Palatasının audit hesabatında qeyd olunub. Hesabatda yazılıb ki, 2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından, müvafiq xərclər çıxıldıqdan sonra qalan 24,6 min manat vəsait “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin aidiyyəti xəzinə hesabına deyil, “hesabın möhkəmləndirilməsi” […]
Ət mağazasında nöqsanlar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Sübhi Firudin oğlu Kişiyevə məxsus ət satışı mağazasında yoxlama keçiriblər. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Ət məhsullarının satışının obyektdən kənarda, yol qırağında həyata keçirildiyi məlum olub. […]
Vətəndaşları intim videolarla hədələdilər – 600 min istədilər
Bir neçə vətəndaşın intim görüntülərini və rüsvayedici məlumatlarını yayma hədəsi ilə onlardan ümumilikdə 600 min manatdan çox pul tələb etməkdə təqsirləndirilən dəstə üzvləri – Təbriz Yusifzadə, Sənan Vəliyev, Toğrul Əlizadə və Püstə Məmmədovanın (red-ad, soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı […]
Elm və Təhsil Nazirliyində nöqsanlar aşkarlanıb
Hesablama Palatası təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlayıb. “xeberde.az” xəbər verir ki, bu barədə Palatanın “Dövlət auditi” bülletenində bildirilir. Sənədə əsasən, audit qurumun 2025-ci il üçün İş planına uyğun olaraq aparılıb və 1 yanvar 2021-ci il tarixindən 1 yanvar 2025-ci il tarixinə qədər dövrü əhatə edib. Audit obyekti kimi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəyyən edilib. Hesabatda […]
“28 May” stansiyasında qatar yoluna düşən sərnişin ölüb
Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb. Bu barədə “xeberde.az”a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb […]










