Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub. xeberde.az xəbər verir ki, Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib. […]
Month: İyun 2026
İngilis agentin Azərbaycan haqqında yazdıqları – FOTO
Cənubi Rusiyadakı “İngilis və Xarici Müqəddəs Kitab Cəmiyyətinin” agenti olan M. A. Morrison Rusiya və Qafqaza səfərindən sonra nüfuzlu Britaniya jurnalında “Müasir Türk Dillərinin Coğrafi Paylanması” adlı məqaləsi dərc edilib. xeberde.az xəbər verir ki, bu barədə dosent, tarix üzrə araşdırmaçı Zaur Əliyev qeyd edib. O bildirib ki, 1886-cı ildə dərc olunan məqalə “Azərbaycanlı və ya Transqafqazlı” adlanır.Onun sözlərinə görə, müəllif […]
Bakı “İlin şəhəri” seçilib
“StartupBlink” tərəfindən açıqlanan 2025-ci il üzrə “Qlobal Startap Ekosistemi İndeksi”ndə paytaxtımız mühüm uğura imza ataraq Mərkəzi Asiyada innovasiya lideri olub və “İlin şəhəri” mükafatına layiq görülüb. Bu barədə xeberde.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib. Elektron kommersiya, təhsil, sosial-əyləncə və pərakəndə satış sahələrində tətbiq olunan innovativ texnologiyalar Bakının fərqlənməsində mühüm rol oynayıb. Bakı eyni zamanda […]
Vəzifə insanı necə dəyişir? Hətta qudurdur – Mirismayıl Xələfli yazır…
İnsan təbiəti mürəkkəb və çoxqatlıdır. Hər bir insanın daxilində həm yaxşı, həm də pis xüsusiyyətlər mövcuddur. Lakin bu xüsusiyyətlərin hansı səviyyədə üzə çıxması çox vaxt insanın mühitindən, imkanlarından və əlbəttə ki, tutduğu mövqedən asılı olur. Məhz bu mənada vəzifə, səlahiyyət və nüfuz sahibi olmaq insanın xarakterində ciddi dəyişikliklərə səbəb ola bilir. Vəzifə insanı inkişaf etdirə […]
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi “Ümumdünya Qida Təhlükəsizliyi Günü” kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, həm də qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.Veysəloğlu Şirkətlər Qrupu olaraq biz də bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində […]
Strateji əhəmiyyət daşıyan sənəd
21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, Türk dünyasının birliyinin və strateji əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu. Azərbaycanın bu prosesdəki liderliyi və təşəbbüskarlığı, ölkəmizin regional və qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, Türk Dövlətləri Təşkilatının daha […]
Qarşılıqlı dəstək başlıca prinsipimizdir
Prezident İlham Əliyevin cari ilin 21 may tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə çıxışı ilə diqqətlə tanış olduq. Prezidentin dediklərindən bir daha aydın oldu ki, TDT artıq beynəlxalq aləmdə öz sözünü deyən, nüfuzu olan nəhəng bir birliyə çevrilib. Bir birimizə dayaq olmaq isə qarşılılıq prinsipimizdir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Türk […]
Tarixi köklərə bağlılıq
Budapeşt Zirvə görüşünün yekun sənədləri ticari, iqtisadi, gömrük, nəqliyyat və digər sahələrdə üçtərəfli istiqamətdə atılan əməli addımların məcmuyunu təşkil edir. Birgə iştirak etdiyimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam etdirilir. Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, […]
Güc birlikdədir
TDT dövlət rəhbərlərinin Budapeşt Zirvə görüşü Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu arada bütün istiqamətlər üzrə verilən mesajlar Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvi şəkildə səsləşir. 21 may 2025-ci ildə Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının […]
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir
Mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşünün keçirilməsi, buradakı müzakirələr bir daha göstərdi ki, TDT artıq beynəlxalq aləmdə öz sözünü deyən və nüfuzu olan nəhəng bir birliyə çevrilib. Bu gün əsas vəzifə ondan ibarətdir ki, türkdilli qrupa daxil olan dövlətlər dünya birliyində birgə hərəkət etməyə üstünlük verdiklərini nümayiş etdirirlər. Son illər ərzində […]
