O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. İllərlə ailəsinə, nəsil-nəcabətinə və onu tanıyan hər bir insana dayaq olmuş bir həyat nümunəsi.Atamın son günləri nağıl kimi idi – Sevincin, kədərin və müqəddəsliyin iç-içə keçdiyi bir nağıl… Son dəfə başımı sığalladın, saçlarımı oxşadın…Sənin əllərini doya-doya öpdüm… Və […]

Azərbaycan öz bütövlüyünü bərpa etmiş suveren dövlətdir

        Vətən Müharibəsindəki tarixi qələbəmizdən sonra beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artmaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.Artıq dünya ictimaiyyəti Azərbaycanı yaxından tanımağa, ölkəmizin tarixini öyrənməyə, bu gün dünyada dünyəvi və hüquqi dövlət olaraq beynəlxalq aləmdəki tutduğu mövqe ilə yaxından tanış olmağa başlayıblar.         Ermənilər […]

Dövlət müstəqilliyini, onun bərpasını  və suverenliyini dəqiq ehtiva edən sənəd  

       Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu önə çəkərək çağdaş Azərbaycanın məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi.Ötən əsrin sonlarında müstəqilliyimiz bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü […]

Müstəqilliyimizin dəyəri heç bir meyarla ölçülməz

       Ötən 30 il ərzində Azərbaycan xalqı bir daha heç kimdən asılı olmadan yaşamaq, müstəqil dövlət qurmaq bacarığını nümayiş etdirib. Müstəqilliyin bərpası haqqında Qanun hazırkı şəraitdə Azərbaycan xalqının tarixi nailiyyətinin məzmununu daha dolğun və daha dəqiq ifadə edir.       1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi iki ilə yaxın yaşasa da zəngin […]

Qüdrətli dövlət olmadan müstəqillik yoxdur 

       XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, titanik siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri […]

Hüquqi-siyasi varislik prinsipi əsasdır       

        Müstəqillik Günü haqqında” Qanun Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir müstəqil Azərbaycan arasında siyasi-hüquqi varisliyini ifadə edir.1991-ci ilin sonunda biz 18 oktyabrla kifayətlənmədik, bu zaman Azərbaycanda referendum keçirildi və müstəqillik aktı ümumxalq səsverməsi ilə qəbul olundu. Bu gün qələbə ilə başa çatan Qarabağ savaşı bizə haqq verir ki, Azərbaycan özünü 1918-1920-ci ilin hüquqi varisi elan […]

Müstəqil  dövlətimiz qürur mənbəyimizdir    

        Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün davam etdi. Nəhayət, […]

Türk dövlətləri arasında birlik güclənir

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Prezident İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri bu ölkənin təşəbbüsü ilə mayın 21-də keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi […]

Alimlər bəzi insanlarda daimi yorğunluğun səbəbini müəyyən ediblər

Uzun illərdir ki, keçici işemik ataklar (TİA), adətən “mini-insult” adlandırılan hallar, qısa müddətli və nəticəsiz mərhələlər kimi qəbul edilirdi. Lakin yeni araşdırmalar göstərir ki, TİA-nın təsirləri əvvəllər düşünüldüyündən daha uzun müddət davam edə bilər və davamlı yorğunluğa səbəb olur. xeberde.az xəbər verir ki, bu barədə “American Academy of Neurology” məlumat verib. Danimarkanın Olborq Universitet Xəstəxanasından doktor Boris Modrau və […]

Dövlət qulluğuna qəbul üzrə YENİ QAYDA

Dövlət qulluğuna qəbul üzrə müsahibənin nəticələrinə yenidən baxılması qaydalarında dəyişiklik edilir. xeberde.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət […]