Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir. Satış şəbəkələrinə artıq “Sabrania” markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib. Artım ilkin mərhələdə yalnız “Sabrania” məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək. Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb. Qiymət dəyişikliyinin digər siqaret markalarına şamil olunacağı ilə bağlı hər hansı məlumat yoxdur. Rəsmi açıqlama verilməsə […]
Month: İyun 2026
Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. xeberde.az-ın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. […]
Safura oğlunun ad günündən paylaşım etdi – FOTO
Müğənni Safura Əlizadə oğluna ad günü edib. Safura oğlu İskəndərin doğum günündən fotoları paylaşıb. Şəkillərdə Safuranın həyat yoldaşı Fərhad Əliyev də yer alıb.
Prezident Kəngərli kənd tam orta məktəbinin binasının açılışında…
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib. xeberde.az-ın xəbərinə görə, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri […]
Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində
Prezident İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. xeberde.az xəbər verir ki, burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.
İlham Əliyev Ağdamın Kəngərli kəndində klub-icma mərkəzində
Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. xeberde.az xəbər verir ki, ikimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.
İcra başçısının oğlunun Tiktok paylaşımları müzakirə yaratdı
Ərzurum merinin oğlunun paylaşımı müzakirələrə səbəb olub. Ərzurum meri Mustafa Çiftçinin oğlu Tarık Çiftçi sosial şəbəkədə polislərə sataşan videolar paylaşaraq Türkiyədə gündəmə düşüb. Sosial mediada yayılan görüntülərdən sonra o, TikTok hesabını bağlamağa məcbur olub. Tarık Çiftçi videolarından birində “miqalkalı” avtomobili göstərərək “Atanızdan soruşun görək axşam hansı maşınla konvoya çıxaq” ifadəsi işlədib. Paylaşımlar narazılıq doğurub və polis əməkdaşlarına […]
Ağasən Bədəlzadə VƏFAT ETDİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib. Bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib. O bildirib ki, Ağasən Bədəlzadə bu gün 85 yaşında dünyasını dəyişib. Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı. Pedaqoji fəaliyyətlə yanaşı, […]
“Atamı öldürəndən pul almışdı, bacılarımı evdən çıxarırdı” – Qalibin qardaşını öldürməsinin ŞOK səbəbləri
Ov bıçağı ilə qardaşını qətlə yetirən Qalib Musayevin cinayət işinin təfərrüatı məlum olub. Qalib qardaşı Mirmehdiyə 8 bıçaq zərbəsi vuraraq qətlə yetirib. xeberde.az-ın xəbərinə görə, hadisəyə səbəb Mirmehdinin ata evini satmaq, digər bacı və qardaşlarını evdən çıxarmaq istəməsinə görə baş verib. Qalib Musayev ifadəsində bildirib ki, bu hadisə baş verənə qədər qardaşı ilə aralarında münasibətlər […]
Tolik canlı yayımda “Space TV”nin əməkdaşlarını tənqid etdi
Aparıcı Tarix Əliyev (Tolik) “Space TV”nin əməkdaşlarını tənqid edib. Tolik canlı yayım zamanı studiyasından işıqların götürülməsinə əsəbiləşib. O bildirib ki, sözügedən kanalda əməkdaşlar manapoliya yaratmağa çalışırlar: “İşıqlarla bağlı – məni heç kimin verilişindən ayrı salmaq lazım deyil. Mən bu kanalın rəsmi işçisiyəm. Proqramım səhər-səhər bu kanalda bir lokomotivdir. Burada kimsə məndən artıq aparıcı ola bilməz. […]










