Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. xeberde.az xəbər verir ki, dövlət başçısı müşavirədə nitq söyləyib. Prezident İlham Əliyevin nitqi – Bugünkü müşavirədə biz kənd təsərrüfatının inkişafını müzakirə edəcəyik. Bildiyiniz kimi, bu sahəyə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk […]
Month: May 2026
Bakıda ər-arvad öldürüldü
Bakıda ər-arvad qətlə yetirilib. xeberde.az xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı mənzildə bıçaqlanaraq öldürülüb. Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb. Fakt araşdırılır. İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib. /Apa
“Eurohome”un fəaliyyəti dayandırıldı – Video
“Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, […]
İyunda 10 gün iş olmayacaq
İyun ayında 10 gün iş olmayacaq. xeberde.az xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün – 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixləri şənbə və bazara […]
Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq
İyunun 5-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, iyunun 6-da isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq. Bu barədə xeberde.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata […]
Professor: “Ləlöyün” çox aktiv və gözəl sözdür”
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Ana dili: kimlik və gələcək” mövzusunda keçirilən respublika gənclər konfransında şifahi dildə işlək olan sözlərin yeri gəldikdə ədəbi dilə gətirilməsinin vacibliyindən danışıb. xeberde.az xəbər verir ki, Mahirə Hüseynova çıxışında şifahi dildə işlək olan sözlərin bədii dilə gətirilməsinin mümkünlüyünü qeyd edib. “Bir dəfə mən […]
Kollecə zərbədə ölənlərin sayı 18-ə çatdı
Ötən gün Ukrayna ordusunun Luqanskın Starobelsk şəhərində yerləşən peşə kollecinin yataqxanasına etdiyi PUA hücumu nəticəsində ölənlərin sayı 18-ə nəfərə çatıb. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (MÇS) məlumat yayıb. Məlumata görə, xilasedicilər tərəfindən Luqansk Pedaqoji Universitetinin tabeliyində olan Starobelsk kollecinin beşmərtəbəli yataqxana binasının dağıntıları altından daha dörd nəfərin meyiti çıxarılıb. Hücum zamanı […]
Ərəb ölkələri İrana zərbələr endiribmiş – KİV
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı hədəflərə, eləcə də Tehranla əlaqəli İraqdakı şiə silahlı qruplaşmalarına dəfələrlə zərbələr endirib. xeberde.az xəbər verir ki, bu barədə Associated Press agentliyi region ölkələrinin hökumətlərində çalışan iki nümayəndəyə və bir Qərb diplomatına istinadən məlumat yayıb. Məlumata görə, vəziyyətlə tanış olan israilli hərbi nümayəndə BƏƏ-nin ən azı bir halda İrana […]
“Qarabağ” üç futbolçusu ilə vidalaşdı
Qarabağ FK üç futbolçusu – Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb. xeberde.az xəbər verir ki, bu barədə Ağdam klubunun sosial şəbəkə hesabında paylaşım edilib. Klubdan bildirilib ki, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa son qoyulub. Ötən mövsümü “Qarabağ”da icarə əsasında keçirən müdafiəçi Sami Mmae isə müqavilə ilə məxsus olduğu […]
Türkiyədə bələdiyyə sədri GÜLLƏLƏNDİ
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun bələdiyyə sədri Alim Karacaya qarşı silahlı hücum təşkil edilib. xeberde.az “Haber Global”a istinadla xəbər verir ki, ayağından yaralanan bələdiyyə sədri təcili olaraq xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, A. Karaca hələlik məlum olmayan səbəbdən silahlı hücuma məruz qalıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.










