Cəmiyyət

Gücümüz yetərincədir

 Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, […]

Cəmiyyət

Azərbaycan iqtisadiyyatının mühüm sahəsi

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də […]

Cəmiyyət

Həyata keçirilən tədbirlər bəhrə verməlidir

Mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev qeyd edib ki, bu sahəyə daim çox böyük diqqət göstərilir. Hələ 2004-cü ildə ilk təşəbbüslərdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə […]

Cəmiyyət

Kənd təsərrüfatının inkişafı üçün münbit şərait var

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizin başçısı qeyd edib ki, subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. […]

Ölkə

Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu

28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən şərəfli və taleyüklü səhifələrdən biridir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti təkcə ölkəmizin deyil, bütövlükdə Şərqin və müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşdü. Bununla Azərbaycan xalqı əsrlər boyu yaşatdığı müstəqillik arzularını gerçəyə çevirdi, milli dövlətçilik ənənələrinin əsasını […]

Siyasət

Aqrar inkişaf siyasəti: yeni Dövlət Proqramı və qarşıda duran vəzifələr

Kənd təsərrüfatı hər bir dövlətin iqtisadi təhlükəsizliyini, ərzaq təminatını və sosial sabitliyini müəyyən edən strateji sahələrdən biridir. Dünyada baş verən qlobal dəyişikliklər, iqlim problemləri, müharibələr və nəqliyyat zəncirlərində yaranan çətinliklər bir daha göstərir ki, ölkələrin daxili istehsal imkanlarının gücləndirilməsi həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan da kənd təsərrüfatının inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi […]

manset Siyasət

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı qeyd edib ki, bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verilib ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun: “Həm […]

Cəmiyyət

Məscidlərdə vakant vəzifələrə 230 nəfər müraciət edib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibə mərhələsinə 64-ü qadın olmaqla, 230 nəfər müraciət edib. Bu barədə xeberde.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, müsahibənin iyunun 8-9-da keçiriləcək birinci mərhələsində qadın dini ayinlərin icraçısı, iyunun 10-19-nu əhatə edəcək ikinci mərhələsində isə imam, imam müavini, dini ayinlərin […]

AKTUAL Araşdırma Cəmiyyət

Uşaqlar niyə kimliksiz böyüyür?

Sərhədlərin olmadığı, bağların zəiflədiyi və rəqəmsal dünyanın formalaşdırdığı bir nəsil böyüyür. Bəs uşaqlarda artan kimlik böhranının arxasında nə dayanır? xeberde.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, son dövrlərdə uşaqlar arasında müşahidə olunan kimlik böhranı əslində tək bir səbəbdən qaynaqlanmır. Bu vəziyyət tənhalıq, aidiyyətsizlik və istiqamətsizlik hissinin birləşməsi nəticəsində yaranır. Müasir uşaqlar əvvəlki nəsillərlə müqayisədə daha həssasdırlar. […]

Cəmiyyət

Gürcüstan Azərbaycanla sərhəd zonasında yeni milli park yaradır

Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsi Tsiv-Qombori Milli Parkının yaradılması ilə bağlı qanun layihəsini ilk oxunuşda dəstəkləyib. xeberde.az xəbər verir ki, layihəni Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia təqdim edib. Sənədə əsasən, Saqareco, Qurcaani və Telavi bələdiyyələrinin inzibati ərazilərində, ümumilikdə, 21 min 761 hektar sahədə Tsiv-Qombori Milli Parkı yaradılacaq. Layihə […]