Sabunçu rayonunda daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq. xeberde.az-ın xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.
Month: Aprel 2026
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
“Rəqəmsal məktəb” platforması gələn tədris ilindən daha 5 şəhərdə tam tətbiq olunacaq”. xeberde.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bugünkü brifinqdə deyib. O bildirib ki, Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində kağız jurnal ləğv ediləcək.
Masazırdakı Qotur göllə bağlı zəruri tədbirlər görüləcək
Abşeron rayonu (Masazır, Qotur gölü) 12/26 saylı kanalizasiya nasos stansiyasında (KNS) nasos aqreqatları bərpa ediləcək. xeberde.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli Sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında […]
Azərbaycan–Çexiya münasibətləri: tarixi əsaslardan strateji tərəfdaşlığa
Çex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur. Sonrakı dövrdə əlaqələrin institusional əsasları daha da möhkəmləndirilmiş, Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi 2005-ci ildə, Çexiyanın Azərbaycandakı Səfirliyi isə 2019-cu ildə fəaliyyətə başlamışdır. Eyni zamanda, 2015-ci ildə Bakıda imzalanmış […]
Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun – VİDEO
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Modern.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Qeyd olunub ki, sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür: “İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər […]
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu ADA Universitetində keçirilən “Senior Talks” layihəsi çərçivəsində tələbələrlə növbəti dəfə bir araya gəlib. Layihənin davamı olaraq təşkil olunan görüş səhər yeməyi formatında baş tutub. Xatırladaq ki, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən “Senior Talks” layihəsinin əsas məqsədi iri şirkət rəhbərlərini tələbələrlə bir araya gətirmək, […]
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, ölkə liderləri arasında görüşlər artıq müntəzəm xarakter alıb və son dörd il ərzində bu, yeddinci görüşdür. Görüşlərin əksəriyyəti beynəlxalq tədbirlər çərçivəsində keçirilsə də, ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev xatırladıb ki, […]
Ərəblər Bakıda evi zibilliyə döndərdi – Biabırçı görüntülər
Bakıda ərəblərin kirayə qaldığı evin bərbad vəziyyəti müzakirələrə səbəb olub. xeberde.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda evin olduqca dağınıq olduğu, əşyaların və qidaların ətrafa səpələndiyi əks olunub.
Şakiranın konsertində FACİƏ: İşçi həyatını itirdi
Müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri vəfat edib. Bu barədə Braziliyanın Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb. Qeyd edilib ki, Braziliyanın Rio-de-Janeyro şəhərində Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib. Zərərçəkən qaldırıcı sistemdə ilişib qaldıqdan sonra aşağı ətraflarından ağır xəsarətlər alıb./baku.ws/
Aygünlə Murad festivalda çıxış edəcək
Xalq artisti Aygün Kazımova ilə bəstəkar-müğənni Murad Arif ölkənin ən böyük gözəllik festivalı “OliFest”də səhnəyə çıxacaq. xeberde.az xəbər verir ki, festivalın ulduz qonaqları möhtəşəm konsert proqramları ilə çıxış edərək tədbirə xüsusi ab-hava qatacaqlar. Onların sevilən hitləri festival iştirakçılarına unudulmaz musiqi anları yaşadacaq. İki gün davam edəcək bu möhtəşəm tədbirdə qonaqları məşhur brendlərlə yaxından tanışlıq, əyləncəli […]









