Türk Dünyası Araşdırmalar Mərkəzinə rəhbər təyinatı olub. xeberde.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının əmri ilə politoloq İlyas Hüseynov Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsinə təyin edilib. İlyas Hüseynov Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bakalavr, Bakı Avrasiya Universitetində Regionşünaslıq və iqtisadiyyat fakültəsinin regionşünaslıq ixtisası […]
Month: Aprel 2026
Valideynlərə xəbərdarlıq: uşaq travmaları niyə ağır sınıqlara çevrilir? – Səhiyyə Nazirliyinin mütəxəssisi cavab verir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev ən çox rast gəlinən travmaları, əlamətləri və müalicə yollarını izah edir. -Doktor, uşaq travmalarının ən çox görülən növləri hansılardır? – Uşaq travmaları psixoloji, emosional, fiziki ola və uşağın gələcək inkişafına təsir edə bilər. Travmatoloq olaraq biz bu gün fiziki travmalardan danışacağıq. Fiziki travmalar müxtəlif səbəblərdən […]
Əli Əsədov qərar imzaladı – Bu yol ödənişli olacaq
Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olur. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir: – başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri; – son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri. Ödənişli avtomobil […]
İranda rekord səfərbərlik: 7 milyon nəfər müharibəyə könüllü yazıldı
ABŞ və İsrailin İrana qarşı bir aydan artıqdır davam edən hərbi əməliyyatları fonunda ölkədə diqqətçəkən proses baş verib. xeberde.az xəbər verir ki, “Can Fəda” adlı platforma üzərindən İranın müdafiəsi üçün könüllü səfərbərlik elan olunub. Məlumata görə, artıq 7 milyondan çox şəxs könüllü şəkildə qeydiyyatdan keçərək müharibəyə qoşulmaq istədiyini bildirib. Bu göstərici son illər üçün rekord […]
Bakıya qarşı şərləmə: Araikgil üçün kampaniya BAŞLADI
Azərbaycanda həbsdə olan erməni hərbi canilərin yaxınları və nümayəndələri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana, İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassisə, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Egerə məktub göndərib. Musavat.com erməni mediasına istinadla xəbər verir ki, məktubda beynəlxalq humanitar hüquq çərçivəsində “Himayəçi Gücü” mexanizminin aktivləşdirilməsi xahiş olunur. Bu […]
Ermənistanda poliqonda partlayış olub, ölən var
Ermənistanın Armavir vilayətində yerləşən “Bağramyan” poliqonunda partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, daha bir nəfər yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib. Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.//APA
Tramp “Mehdiyev işi”ni necə ARXİVƏ GÖNDƏRDİ…
ABŞ prezidenti Donald Trampın və İsrailin İrana qarşı savaşı Azərbaycanda bir neçə gündəm mövzusunu da arxa plana keçirdi. O mövzulardan biri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işidir. xeberde.az xatırladır ki, son olaraq İran müharibəsindən 18 gün əvvəl, yəni fevralın 10-da Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin […]
Ronaldinyo haqda serial çəkilir
“Netflix” Braziliya millisinin heyətində dünya çempionu olmuş məşhur futbolçu Ronaldinyo haqda sənədli serial çəkir. xeberde.az xəbər verir ki, 16 apreldə yayımlanacaq serialda əvvəllər yayımlanmamış görüntülər və Messi, Neymar, Roberto Karlos kimi dünya ulduzlarının şərhləri yer alacaq.Ekran işi Ronaldinyonun karyerasını və “Barselona”, “Paris Sen-Jermen”, “Milan” və “Flameqo” klublarındakı fəaliyyətini əks etdirir.(Axşam.az)
Bu halda şagirdlər məktəbə telefon gətirə bilər
Dərs zamanı ağıllı saatlar, telefonlar və digər elektron cihazların məktəbə gətirilməsi və istifadəsi qadağandır. xeberde.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, şagirdlər yalnız iki halda bu cür cihazları məktəbə gətirə bilərlər. Birinci halda müəllimlər şagirdlərin şəxsi cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil etməlidir. İkinci halda […]
Bağça müəllimlərinin yerdəyişməsi başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir. Bu barədə xeberde.az BŞTİ-dən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər. İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə […]










