Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataş İnsan haqları üzrə Monitor Qrupunun üzvlərinə müraciət edib. Jurnalist qrupun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadənin adlarını qeyd edərək, müraciətində bildirib: “Hazırda həyatım və ailəmin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirirəm və bu səbəbdən sizin dəstəyinizə ehtiyac duyuram. Bir müddət əvvəl Azərbaycanda tibbi təhsili və ixtisası […]
Author: Xeberal.az
“Azərbaycan Dəmir Yolları”nda qalmaqal – İşçilər məcburi çıxarılır?
Aprel ayının 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində təcili iclas keçirilib. İclası izləyən mənbənin xeberde.az-a verdiyi məlumata görə, iclas gərgin formada keçib. Gündəlikdə duran məsələ isə işçilərin işdən çıxarılması məsələsi olub. Belə ki, sahənin rəisi Elxan İsmayılov bir grup işçini öz kabinetində toplayaraq, onlardan […]
Emin Əmrullayev onlara vəzifə verdi – FOTO
Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xeberde.az-a verilən məlumata görə, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, […]
Salyanda faciə: Sahibi avtomobilinin altında qalıb öldü
Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb. xeberde.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.Belə ki, “KİA” markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzəağa oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb. Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq […]
İdman zallarına tələbat artır: Qiymətlər necə dəyişib?
Yay fəsli yaxınlaşdıqca, idman zallarına maraq da artır. Bəziləri arzuladıqları çəkiyə çatmaq və sağlam bədən quruluşuna sahib olmaq, digərləri isə qarşıdan gələn idman yarışlarına hazırlaşmaq üçün zallara üz tuturlar. xeberde.az Xəzər TV-yə istinadən məlumat verir ki, hazırda idman zallarında məşq qiymətləri əraziyə və şəraitə görə ciddi fərqlənir. Paytaxtın mərkəzində yerləşən zallarda bir aylıq üzvlük 300 […]
Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. xeberde.az xəbər verir ki, bu gün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə […]
Azərbaycan buğda idxalını artırıb
Bu ilin I rübündə Azərbaycana 287 min 995 ton buğda idxal edib. xeberde.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 62 milyon 245 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həmc baxımından 76 min 29 ton (35,8 %), dəyər baxımından isə 14 milyon 171 min ABŞ dolları (29,4 %) çoxdur. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın […]
Tanınmış futbolçu faciəvi şəkildə öldü – FOTO
Bir zamanlar Xorvatiya millisinin və Fransanın “Monako”sunun üzvü olmuş Nikola Pokrivaç yol qəzasında vəfat edib. xeberde.az xəbər verir ki, Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumatına görə, 39 yaşlı veteran futbolçu Karlovatsda zəncirvari qəzada ölüb. Dörd minik avtomobilinin toqquşduğu qəza nəticəsində onunla birlikdə daha bir nəfər həlak olub. Bildirək ki, Pokrivaçın son çıxış etdiyi klub ölkəsinin […]
Hər il 18 milyon insan bu səbəbdən ÖLÜR – ŞOK XƏBƏRDARLIQ
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olan ürək-damar xəstəlikləri hər il təxminən 18 milyon insanın ölümünə səbəb olur. xeberde.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ürək-damar xəstəliklərini yaradan əsas risk faktorları arasında qeyri-sağlam qidalanma, fiziki aktivliyin azlığı, tütün və alkoqol istifadəsi yer alır. Bu risk faktorları yüksək qan təzyiqi, qan […]
Bu qayda 10 il qüvvədə olacaq- Prezident təsdiqlədi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb. Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları […]










