Dünya Gündəm Hadisə Siyasət

Rusiyada azərbaycanlılara qarşı OMON HÜCUMLARI

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi  (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, xeyli soydaşımız saxlanılıb. Rusiyada azərbaycanlılara, ümumilikdə miqrant və qeyri-müsəlmanlara qarşı bu cür […]

İdman

“Kəpəz” daha üç futbolçu ilə VİDALAŞDI

“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb. Klubdan xeberde.az-a verilən məlumata görə, müqavilələri başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər. Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxıb və 2 qol vurub, 2 assistlə yadda qalıb. Turandan fərqli, “Kəpəz”də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. […]

Kriminal

Kinostudiyadakı partlayışla bağlı cinayət işi AÇILDI

Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb. Bu barədə xeberde.az-a Baş Prokurorluqdan bildirilib.Qeyd edilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. “Toplanmış material üzrə Cinayət Məcəlləsinin […]

Cəmiyyət Gündəm

İrandan Azərbaycana təxliyə prosesi davam edir

İrandan Azərbaycana təxliyə prosesi davam edir. xeberde.az xəbər verir ki, Azərbaycan tərəfinin açdığı humanitar dəhliz vasitəsilə 18 gündür ki, müxtəlif ölkələrin vətəndaşları təxliyə olunur. Ötən gecədən indiyədək bir neçə nəfərin Azərbaycana keçidi təmin olunub. Qeyd edək ki, dünəndən indiyədək Avstraliya, İran əsilli xarici vətəndaşların, eləcə də Azərbaycan vətəndaşlarının Azərbaycana təxliyəsi həyata keçirilib.

Cəmiyyət

Azərbaycanda növbəti bayram tətili noyabrda olacaq.

xeberde.az xəbər verir ki, noyabrda 4 gün ardıcıl istirahət nəzərdə tutulur.  İyul, avqust, sentyabr və oktyabr aylarında qeyri-iş günü olan bayram yoxdur. Bu müddətdə yalnız 20 sentyabr – Dövlət Suverenliyi Günü və 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunur, lakin onlar iş günləridir. Növbəti qeyri-iş günləri 8 və 9 noyabr olacaq, yəni Zəfər Günü və […]

AKTUAL Cəmiyyət Sosial

Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? – VİDEO

Kirayəsi baha, alışı isə dodaq uçuqladan gəlin libasları… xeberde.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakıda 600-1000 manata kirayə verilən gəlinliklərin satış qiyməti isə 1500-2000 manatdan başlayır. Paytaxt sakinləri arasında apardığımız sorğudan belə məlum oldu ki, indi insanların əksəriyyəti gəlinliyi kirayələyir, almaq isə çoxlarının büdcəsi üçün uyğun deyil. Sakinlərin sözlərinə görə, gəlinliklərin kirayəsi də ucuz deyil. […]

Dünya Kriminal

Məşhur müğənninin oğlu parkdan ölü tapıldı – FOTO

Adıyamanda məşhur türkü ifaçısı Kahtalı Hamidonun oğlu, 52 yaşlı Sinan Çelik bir parkda ölü vəziyyətdə tapılıb. Üç uşaq atası olan Sinan Çelikin dəqiq ölüm səbəbi aparılacaq tibbi ekspertizadan (otopsiyadan) sonra məlum olacaq. xeberde.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyaman mərkəzdə yerləşən Sümerevler məhəlləsindəki Eğriçay Parkında işləyən Sinan Çelik səhər saatlarında parkda hərəkətsiz halda tapılıb. […]

Mədəniyyət

Klarnetin Akulası – Böyük Sənətkar Əlirza Orucov

Azərbaycan musiqisinin geniş və zəngin dünyasında öz parlaq izi ilə yadda qalan sənətkarlardan biri də böyük klarnet ifaçısı, “klarnetin akulası” kimi tanınan Əlirza Hökməlilidir. O, yalnız öz dövrünün deyil, ümumilikdə Azərbaycan musiqi tarixinin ən önəmli nəfəs aləti ustalarından biri hesab olunur. Əlirza Hökməlili təkcə virtuoz ifaçı kimi deyil, həm də milli musiqi irsinin qoruyucusu, klassik […]

AKTUAL Dünya Gündəm Hadisə manset Siyasət

“Rusiya üçün azərbaycanlıları itirməyin bədəli ağır olacaq” – ŞOK TƏHLİL

“Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri artırır. Dünyasını dəyişən həmvətənlərimizə Allahdan rəhmət diləyirik. Amma bir iqtisadçı kimi əminliklə deyirəm ki, Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz”. xeberde.az bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçının fikrincə, hazırda Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir: “Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin […]