Azərbaycan səfiri Rəhman Mustafayev rəsmi çağırışdan sonra Rusiya Xarici İşlər Nazirliyinə gedib. xeberde.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Rusiya KİV səfirinə Nazirlik binasına gəlməsinin görüntülərini yayıb.
Author: Xeberal.az
Pezeşkian Xankəndiyə gəlir
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. xeberde.az məlumat verir ki, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub. Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib.
Yekaterinburqda qətlə yetirilən qardaşlar Ağcabədidə dəfn edildi – FOTO – YENİLƏNİB
Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb. xeberde.az xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar. Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında […]
Məktəbli formaları 25 faiz UCUZLAŞDI
“Bu gündən etibarən məktəbli formalarının qiymətində endirim olacaq”. xeberde.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib. E.Əzimov bildirib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb. “İyulun 1-dən endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir – qısaqol […]
DTX əməliyyat keçirdi – Saxlanılan var
Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub. xeberde.az xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən […]
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edildi
Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Dünyada hərbi münaqişələrin artdığı bir dönəmdə insanların təhlükəsizliyi üçün görülən tədbirlər də aktuallığını qoruyur. Belə ki, müharibələr, nüvə sızıntıları, kimyəvi silahların tətbiqi, bir sıra təbii fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bunker və sığınacaqlardan istifadə edilir. Bu kimi bunkerlərdən biri sovet illərində Bakının Qaradağ rayonunda – Ələt qəsəbəsi yaxınlığında inşa edilib. Hazırda baxımsız və […]
Bəylər Eyyubov vəzifəsindən azad edildi – Yerinə təyinat oldu – FOTO
Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb. xeberde.az xəbər verir ki, o, Prezident Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinə Fərid Əsgərov rəis təyin edilib. F.Əsgərov bu təyinatadək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini idi. General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə […]
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyəti ilə dəyirmi masa formatında görüş keçirilib. Görüş zamanı mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub. Tədbirdə VŞQ-nin müxtəlif strukturlarını təmsil edən rəhbər şəxslər iştirak ediblər. Müzakirələr zamanı əməkdaşlığın yalnız qida təhlükəsizliyi sahəsi ilə […]
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. xeberde.az xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə – 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə […]










