Bu valyutalar BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. xeberde.az xəbər verir ki, avronun məzənnəsi 0,9 % artaraq 1,9286 manat, 100 Rusiya rublunun məzənnəsi isə 3,5 % artaraq 2,2033 manat təşkil edib.

Tailandda pələng turistə hücum etdi

Tailandın Phuket adasında yerləşən “Tiger Kingdom” zooparkında pələng, onunla şəkil çəkdirmək istəyən hindistanlı turisti yaralayıb. xeberde.az “SHOT” Telegram kanalına istinadla yaydığı məlumata görə, zooparkda ziyarətçilərə heyvanlarla yaxın təmasda olmaq və onları sığallamaq imkanı verilir. Hadisə zamanı pələng turistə hücum edib, lakin o, yüngül xəsarətlərlə xilas olub. Hücum anı isə ətrafdakılar tərəfindən videoya çəkilərək sosial şəbəkələrdə […]

Hava şəraiti kəskin dəyişəcək – bu tarixdən 

Leysan yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək. İyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. xeberde.az xəbər […]

SON DƏQİQƏ! Cəzaçəkmə müəssisəsi çökdü: Məhkumlar uçqunun altında qalıb 

Qaradağ rayonunda 12 saylı cəzaçəkmə müəssisəsində bina çöküb. xeberde.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə bu gün gündüz saatlarında Ədliyyə Nazirliyinin Qaradağ rayonu 12  saylı cəzaçəkmə müəssisəsində korpuslardan biri çöküb. Hadisə zamanı məhkumlar arasında ölən və yaralananların olduğu idda edilir.

Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər həbs edildi 

Antalyanın Kəmər rayonunda Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin (48) bıçaqlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 8 şübhəlidən 6-sı həbs edilib. Kemer Respublika Prokurorluğunun göstərişi ilə Antalya Jandarma Komandanlığı tərəfindən başladılan araşdırma çərçivəsində A.R. və K.K. hadisə baş verən gün Antalya Hava Limanında saxlanılıb, Rusiyaya getdiyi müəyyən edilən və barəsində qırmızı bülleten çıxan Eynullah […]

Azərbaycan millisi dünya çempionu oldu! 

Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. xeberde.az  xəbər verir ki, komandamız final görüşündə Macarıstanla üz-üzə gəlib.  Yığmamız rəqibini 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb. Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Teymur Azərbaycanı təmsil edəcək!

Səs Azərbaycan”dakı çıxışı ilə seçilən Teymur Hənifəyev daha bir uğura imza atıb. xeberde.az xəbər verir ki, bu barədə Teymur özü məlumat yayıb. O bildirib ki, 21-26 avqustda Kazanda baş tutacaq “Novaya volna” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

“Qalib Rənglər: Göy, Qırmızı, Yaşıl!”

Mini futbol üzrə 5-ci Dünya Çempionatında Azərbaycan yığmasının möhtəşəm qələbəsi bizi qürurlandırdı! Azərbaycan 4:2 hesabı ilə Macarıstan üzərində qazandığımız bu zəfər, sadəcə bir idman nailiyyəti deyil – bu, ölkəmizin dünya səviyyəsində artan nüfuzunun, idmana göstərilən diqqət və qayğının bariz göstəricisidir. Bu tarixi uğurun 5-ci dünya çempionatı ilə, zəfərimizin isə məhz müstəqilliyimizin bərpasının 5-ci ildönümünə təsadüf […]

Azərbaycan – Türkiyə – Pakistan birliyi …

Mayın 28-də Liderlərin – Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin olunması baxımından simvolik əhəmiyyət daşıyır. Zirvə görüşündə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Zirvə görüşündə Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq […]