1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayonundan olan Ahılları üçün Hollywood restoranında təşkil olunan tədbir “Şərur” MTK-nın sədri İsfəndiyar Axundovun dəstəyi ilə baş tutub. Tədbirin əsas məqsədi ahıl nəslə ehtiramın ifadə olunması, onların cəmiyyətin inkişafındakı rolunun vurğulanması, eləcə də şəhid ailələri və qazilərə diqqət və qayğının göstərilməsi olub.Tədbirdə Milli Məclisin deputatları Sosial Xidmətlər […]
Author: VUQAR FERZELIYEV
“Tələbkar sakin bələdiyyəni işləməyə məcbur edəcək” – MÜSAHİBƏ
Şəhər həyatında sakinlərin yalnız öz şəxsi ehtiyaclarına deyil, yaşadıqları məhəllə, qəsəbə və şəhərin ümumi problemlərinə də münasibət göstərməsi sosial həmrəyliyin formalaşması baxımından mühüm məsələlərdən biridir. Bu yanaşmadan çıxış edən bələdiyyə eksperti Fərman Salmanlı sakinlərin yaşadıqları icma qarşısında könüllü sosial məsuliyyət daşımasını nəzərdə tutan yeni konsepsiya irəli sürüb. Ekspertin təklif etdiyi “Sakinlərin icma qarşısında könüllü sosial […]
İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR
27 Sentyabr – Anım Günü ərəfəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid ailələrini ziyarət edib.RİH başçısı Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlər İsmayılov Anar, Ağayev Elçin, Qənbərli Rəşad və Əliyev Elməddinin ailə üzvləri ilə görüşüb. Xeberde.az xəbər verir ki, görüşlər zamanı Rafiq Cəlilov şəhidlərimizin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən, onların […]
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
Ali məktəbə yüksək balla qəbul olunan, lakin təhsil almaq üçün başqa şəhərə köçməli olan tələbələrin qarşılaşdığı əsas problemlərdən biri yaşayış xərcləridir. Xüsusilə Bakıda və digər böyük şəhərlərdə kirayə qiymətlərinin yüksək olması ailələr üçün əlavə maliyyə yükü yaradır. Bəs yüksək nəticə göstərən və maddi imkanları məhdud olan tələbələrin kirayə xərclərinin dövlət tərəfindən qarşılanması və ya onlara […]
Azərbaycanda futbol klubu ləğv olundu
“Qaradağ-Lökbatan” Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib. xeberde.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər. “Qaradağ-Lökbatan” Peşəkar Futbol Klubu 2024-cü ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı […]
Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək – MƏBLƏĞ
Əlicançay su anbarının tikintisi altına düşən torpaq sahələri mülkiyyətçilərinə dəyən zərər hesablanıb. xeberde.az-ın xəbərinə görə, qiymətləndirmə nəticəsində kompensasiya məbləği müəyyən olunub. Dəyən zərərə görə ümumilikdə 471 min 811 manat ödənişin edilməsi nəzərdə tutulur. Qeyd edək ki, qiymətləndirmənin aparılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tərəfindən “Açar Qiymətləndirmə Mərkəzi” MMC-yə həvalə olunub. […]
Qarabağda 68 abidə tamamilə məhv edilib – RƏSMİ
İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yerləşən 68 tarix və mədəniyyət abidəsi tamamilə dağıdılıb, 114 abidə isə genişmiqyaslı dağıntıya məruz qalıb. xeberde.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, 434 abidəyə dəymiş maddi zərərin məbləği hesablanıb. Hesablamalara əsasən, həmin abidələrə ümumilikdə 700 milyon 154 min […]
Azərbaycanda 150 milyon manatlıq su anbarı tikiləcək
Azərbaycanda Həkəriçay su anbarının tikintisinə başlanılır. xeberde.az-ın xəbərinə görə, su anbarının tikintisi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” hazırıqlara başlayıb. Tikinti üçün ümumilikdə 150 mln 94 min 687 manat ayrılması nəzərdə tutulur. Qeyd edək ki, layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanın içməli su ilə təmin edilməsi planlaşdırılır.
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır. xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə “2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib. “Metallurgiya sənayesinin inkişafı deyəndə əlbəttə ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur. Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki […]
Bu il 42 ahıl “qocalar evi”nə yerləşdirilib
2026-cı ilin ilk 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə 42 ahıl qəbul edilib. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq, qurumun mətbuat xidmətindən məlumat verilib. “Bu ilin 8 ayı ərzində müəssisəyə 42 ahıl vətəndaş qəbul edilib. Onlardan 18 nəfəri qadın, 24 nəfəri kişidir”. “Hazırda müəssisədə […]










