Sosial

Azərbaycanda 150 milyon manatlıq su anbarı tikiləcək

Azərbaycanda Həkəriçay su anbarının tikintisinə başlanılır.

xeberde.az-ın xəbərinə görə, su anbarının tikintisi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” hazırıqlara başlayıb.

Tikinti üçün ümumilikdə 150 mln 94 min 687 manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanın içməli su ilə təmin edilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir