Dünya

Ukraynaya məşhur raketlərin istehsal sirri veriləcək

Böyük Britaniya Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalına icazə verəcək. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham Kiyevə səfəri zamanı Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalı üçün zəruri məxfi məlumatların veriləcəyini açıqlayıb. Börnhamın sözlərinə görə, bu məlumatlar Ukraynaya raketlərin istehsalını ölkə daxilində həyata keçirməyə imkan verəcək. Qeyd edək ki, Fransa Prezidenti […]

Hadisə

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bakıda dənizdə iki nəfər boğularaq ölüb. Bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Hadisənin avqustun 22-də paytaxtda yerləşən çimərliklərin birində baş verdiyi bildirilib. Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər. Hər iki gəncin meyiti sudan çıxarılıb və onlar kəndlərində dəfn edilib./unikal.az/

Bölgə Hadisə

İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü

İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. xeberde.az  xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb. Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Siyasət

Laçının dirçəlişi – Azərbaycanın yeni reallıqlarının təcəssümüdür.

Laçın bu gün Azərbaycanın Zəfər tarixinin, dövlətimizin qüdrətinin və Böyük Qayıdış siyasətinin canlı təcəssümüdür. Bir vaxtlar işğalın ağır nəticələrinə məruz qalan, əhalisi doğma yurdlarından didərgin salınan bu qədim şəhər və rayon artıq tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyadır. Burada dağıntıların yerini müasir yaşayış məhəllələri, yeni yollar, məktəblər, sosial və iqtisadi obyektlər, yaşıl enerji layihələri tutur. Laçında […]

Təhsil

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər – QAYDA

Məktəblərdə şagird davranışlarının tənzimlənməsi və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məqsədilə davranış qaydaları tətbiq olunur. Bu qaydalarda müxtəlif səviyyələr üzrə pozuntular müəyyənləşdirilsə də, bəzi hərəkətlər ən ağır – 5-ci səviyyəli qayda pozuntusu hesab edilir. Maraqlıdır, hansı davranışlar bu kateqoriyaya daxildir və onlar hansı nəticələrə səbəb ola bilər? Bu kateqoriyaya daxil edilən davranışlar şagirdlərin, müəllimlərin və məktəb […]

Siyasət

Qardaşlıqdan müttəfiqliyə uzanan yol

Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibə verib İki qardaş ölkə arasında münasibətlərin bugünkü mənzərəsini, əldə olunan mühüm nəticələri və qarşıda duran geniş perspektivləri əhatə edən əhəmiyyətli siyasi mesajlarla zəngindir. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan əlaqələrinin sadəcə diplomatik münasibətlər çərçivəsində deyil, tarixi və mənəvi köklərə söykənən möhkəm qardaşlıq və strateji müttəfiqlik səviyyəsində inkişaf […]

Siyasət

Azərbaycan–Özbəkistan müttəfiqliyi: yeni imkanlar, yeni perspektivlər

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək iki qardaş xalqın ortaq tarixi və mənəvi dəyərləri üzərində möhkəm siyasi və iqtisadi təməl formalaşdırıb. Bu əlaqələr yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, xalqlarımızı birləşdirən tarixi yaddaşın, mədəni yaxınlığın və qarşılıqlı etimadın müasir dövrdəki ifadəsi kimi diqqəti cəlb edir. Azərbaycan və Özbəkistanın rəhbərləri arasında formalaşmış yüksək […]

Bölgə Gündəm Siyasət

Paşinyandan ŞOK ETİRAF: Bu 3 kənd Azərbaycan ərazisidir

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında anklavlarla bağlı məsələnin sülh yolu ilə tənzimlənməsinin vacibliyini bildirib. xeberde.az xəbər verir ki, onun sözlərinə görə, bu proses sərhədyanı ərazilərdə yaşayan insanlar üçün yeni problemlər yaratmamalıdır. Paşinyan qeyd edib ki, razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən Kərki, Bərxudarlu və Yuxarı Əskipara Azərbaycanın əraziləridir. Ermənistan hökumətinin başçısı delimitasiyanın 1991-ci il Alma-Ata Bəyannaməsi […]

Cəmiyyət

Xanımına iş düzəltdi, özünə baha başa gəldi –keçmiş baş nazir cəzalandırıldı

Fransanın keçmiş baş naziri Fransua Fiyon (François Fillon) həyat yoldaşının saxta işlə təmin olunması işi üzrə məhkumluğundan sonra ölkənin ən yüksək dövlət təltifi olan “Fəxri Legion” (Légion d’honneur) ordenindən 10 il müddətinə uzaqlaşdırılıb. xeberde.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə POLITICO yazıb. Qərar cümə axşamı Fransanın rəsmi qəzetində dərc edilib. Təltif üzrə intizam […]