“Sosial media istifadəsini azaltmaq üçün ən effektiv üsul ondan tamamilə imtina etmək deyil. Çünki bu gün sosial media artıq həyatımızın bir hissəsidir. Əsas məsələ ondan düzgün və sağlam şəkildə istifadə etməyi öyrənməkdir”. xeberde.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb. […]
Author: VUQAR FERZELIYEV
Yaxın Şərqdə yeni fikir ayrılığı: İsrailli diplomatlar Ağ Evin planını rədd edir
İsrail rəhbərliyi Birləşmiş Ştatlar ilə birlikdə Qəzza zolağında vəziyyətin tənzimlənməsi üzrə xüsusi mexanizmin yaradılmasını mənasız hesab edir. xeberde.az xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri diplomatiya mənbələrinə istinadən məlumat yayıb. İsrailli diplomatlardan birinin sözlərinə görə, ölkə rəhbərliyi HƏMAS tərəfindən gələn təhlükələrə dərhal cavab verməyi və qruplaşmanın mövqelərinə növbəti zərbələr endirməyi zəruri sayır. O vurğulayıb ki, Vaşinqtonla […]
Rəqsanə tüfənglə görüntüsünü paylaşdı – FOTO
Rəqsanə İsmayılova yeni fotosessiyasından görüntüləri sosial media hesabında paylaşıb. Müğənni bu dəfə kovboy üslubunda hazırlanan fərqli obrazı ilə diqqəti özünə çəkib. Rəqsanə tünd qırmızı rəngli şlyapa, həmin rəngdə corab, krem rəngdə qısa libas, iri zinət əşyaları və əlində tüfənglə kamera qarşısında pozalar verib. Müğənni paylaşımında ingilis dilində “Emerald Outlaw / The Royal Huntress” ifadələrindən istifadə […]
Bu universitetin tələbələrinə ŞAD XƏBƏR
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti öz tələbələrinə həvəsləndirici təqaüdlər verəcək. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib. ADPU-nun Quba filialında 400-dən çox balla qəbul olunan tələbələr arasından ən yüksək nəticə göstərən 2 tələbəyə hər ay 100 manat məbləğində adlı təqaüd veriləcək. Bakı Slavyan Universitetinin İbtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına […]
Cəlilabadda sürücü sükan arxasında öldü
Cəlilabadda sürücü qəza törədərək dünyasını dəyişib. Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən anidən halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarına düşüb. Hadisə zamanı Sakit Abdinov ölüb. Ehtimal olunur ki, qəzadan öncə onun ürəyi tutub və […]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Tovuzda yol qəzası baş verib. xeberde.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda kabab evində at əti aşkarlanıb – FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib. Agentlikdən xeberde.az-a bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. […]
İran Kaliforniyanı “öz ərazisi” kimi göstərdi
İranın Hindistandakı konsulluğu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı paylaşımına qeyri-adi cavab verib. xeberde.az xəbər verir ki, İranın Heydərabaddakı baş konsulluğunun sosial şəbəkə hesabında ABŞ xəritəsi paylaşılaraq Kaliforniya “İran İslam Respublikasının yeni ərazisi” kimi göstərilib. Paylaşımda “İran İslam Respublikasının yeni ərazisi” ifadəsi yazılıb və xəritədə Kaliforniya xüsusi olaraq işarələnib. Bu addım Trampın avqustun 18-də […]
DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, 19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84487 abituriyent (subbakalavr) ərizəsini […]
Dünyanın ən çox əhalisi olan 10 ölkəsi – SİYAHI
Dünyanın ən çox əhalisi olan 10 ölkəsində ümumilikdə 4,7 milyard insan yaşayır. xeberde.az xəbər verir ki, dünya əhalisinin təxminən üçdə biri Hindistan və Çinin payına düşür. Bu iki ölkədə ümumilikdə 2,89 milyard nəfərə yaxın insan yaşayır. Hindistan 1,47 milyarddan çox əhali ilə dünyanın ən çox əhalisi olan ölkəsidir. Çin isə təxminən 1,41 milyard nəfərlə ikinci yerdə […]










