Araşdırma

Kənd Təsərrüfatı Nazirliyi üçün dəftərxana və təsərrüfat malları alınacaq + 189 min AZN-ə

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən “Dəftərxana və təsərrüfat mallarının satın alınması” tenderinin qalibi “NUR-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Xeberde.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri  188.967,66 AZN təşkil edir.

Tender çərçivəsində alınacaq əsas mallar aşağıdakılardır:

Kağız: A4 (80qr, 120qr, 160qr), A3 (80qr)

A4-leybl (yapışqanlı), lent və knopkalar (müqavilələr üçün), XP printer üçün kağız

Pozan, hesablama maşını (kalkulyator), karandaş

Stepler (24/6) və sancaq stepler üçün əlavə material, antistepler

Qayçı, fayl 60 mikron və digər ofis ləvazimatları və sairə..

Tenderin icrası Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı Məcnun Məmmədov tərəfindən təmin ediləcək. 

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir