Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında böyük rol oynamış və bu sahəyə dair bir sıra mühüm elmi əsərlər yazmışdır. Onun tədqiqatları əsasən peşə xəstəlikləri, gözün zədələnməsi və istehsalat mühitinin görmə orqanına təsiri ilə bağlı olmuşdur. Bu əsərlər Azərbaycanda oftalmologiyanın elmi əsaslarla inkişafına ciddi töhfə vermişdir.
O, “peşə patologiyası və göz xəstəlikləri” istiqamətində apardığı araşdırmalarla tanınmış, sənaye müəssisələrində çalışan işçilərdə görmə problemlərinin səbəblərini elmi şəkildə izah etmişdir. Bu tədqiqatlar əsasında profilaktik tədbirlər hazırlanmış və istehsalatda göz xəstəliklərinin azalmasına şərait yaradılmışdır
Zərifə xanımın elmi əsərləri həm də gənc həkimlər üçün dərs vəsaiti kimi istifadə olunmuşdur. Onun yazdığı və rəhbərlik etdiyi işlər oftalmologiyanın inkişafında yeni məktəb yaratmış, bu sahədə milli kadrların yetişməsinə güclü təsir göstərmişdir. O, eyni zamanda göz xəstəliklərinin erkən diaqnostikası və müalicə üsullarının təkmilləşdirilməsi ilə bağlı da mühüm fikirlər irəli sürmüşdür. Bu ideyalar sonradan praktik tibbdə tətbiq olunaraq yüzlərlə insanın görmə qabiliyyətinin qorunmasına kömək etmişdir.
Fikirlərimi Ulu öndər Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür”.
Səmədova Gülnarə
Saatlı Dövlət Rəsm Qalereyasının elmi işçisi




