Dünya

Bu ölkə 2083-cü ilə daxil oldu – VİDEO

Cənubi Asiyada yerləşən Nepal ötən gün 2083-cü ilə daxil olub.

xeberde.az xəbər verir ki, sözügedən ölkə dünyanın bir çox yerindən fərqli olaraq yeni ili ötən gün qarşılayıb. Buna səbəb isə Nepalda hindu ay-günəş təqvimi olan Bikram Sambat təqvimindən istifadə edilməsidir.

Bikram Sambat Miladi təqvimdən 56 il 8 ay irəlidədir.

Nepal bu təqvimdən rəsmi olaraq istifadə edən yeganə ölkədir. Bundan başqa qeyri-rəsmi olaraq Hindistanın da bəzi bölgələrində Bikram Sambat işlədilir.

Qeyd edək ki, hazırda dünyada fərqli təqvimdən istifadə edən ölkələr Nepalla yanaşı, İran və Efiopiyadır.

İran hazırda Hicri təqvimə görə, 1405-ci, Efiopiya isə öz təqvimi ilə 2018-ci ildədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir