Bəzən bir şəhərin taleyində bütöv bir millətin iradəsi, ağrısı və qüruru cəmlənir. Laçın da belə şəhərlərdən biridir. Bu şəhər, 30 il ərzində sadəcə coğrafi ərazi deyil, həm də xalqımızın yaddaşında bir nisgil, bir həsrət, amma eyni zamanda bir ümid simvoluna çevrilmişdi. İndi isə həmin Laçında birlikdə dayanmaq qələbənin təkcə zəfər səhnəsi deyil, həm də xalqın mənəvi ucalığının, birliyinin, səbrinin və vəfasının təntənəsidir.Laçında birgə olmağımız millət olaraq keçmişin yaralarına baxıbgələcəyin qurulması üçün bir daha diz çöküb yox, başıdik ayağa qalxdığımızın sübutudur.Bu torpaqda səslənən hər kəlmə, atılan hər addım, Azərbaycanın dövlətçilik tarixində yazılmış ən parlaq səhifələrdən biridir. Burada olmaq, susaraq da danışmaqdır vətənin nələr bahasına azad olunduğunu hiss etdirmək, gələcək nəsillərə tarixdən dərs verməkdir. 30 il ərzində susan dağlar indi bizimlə danışır. O lal səssizlik içində Şəhidlərin nidası, qocaların duası, anaların göz yaşı, körpələrin isə ümid dolu baxışları gizlənmişdi. İndi isə bu səssizlik yerini yeni səsə bərpa edilən həyatın, dirçələn mədəniyyətin və yüksələn Azərbaycanın səsinə verir. Laçında birlikdə olmaq bu səslərin ahənginə qoşulmaq milli iradənin əzəmətini bir daha dərk etməkdir. Əgər bir millət öz torpağına bu qədər bağlıdırsa, onu heç bir güc tarixdən silə bilməz. Laçının azadlığı bunu sübut etdi. Biz burada yalnız bir ərazini deyil, bir epoxanı azad etdik əsarətin yerini azadlığa, unudulmanın yerini xatırlanmağa verdik. Laçın artıq bir qələbə simvolu deyil, həm də xalqın ruhunun təcəssümüdür. Laçında birgə olmaq bizə tarix boyu yad edilən bir həqiqəti yenidən xatırladır ,torpaq, üzərində yaşadığımız sahə deyil, uğrunda can verilən,yaşadan, qoruyan bir Vətəndir. Bu torpaqda Şəhidlərin qanı axıbsa, burada atılan hər addım dua kimi yerə düşür. Burada səslənən hər kəlmə, minlərlə ailənin ürəyində illərlə daşıdığı həsrətin cavabıdır. Biz indi sadəcə qayıtmırıq biz haqqımızı alırıq. Laçında birgə olmaq təkcə bugünün yox, həm də gələcəyin məsuliyyətini daşımaqdır. Biz bu torpaqlarda gələcək nəsillərə yalnız abad yollar, yenilənmiş binalar deyil, həm də möhkəm milli yaddaş buraxmalıyıq. Çünki bu torpaq bizə təkcə coğrafiya ilə deyil, Şəhid qanı ilə əmanət edilib. Ona görə də Laçında dayanmaq sadəcə dayanmaq deyil, əyilməmək,unutmayacağımıza and içməkdir.Vəliyeva SüdabəSaatlı Dövlət Rəsm Qalereyasının direktoru
Oxşar Xəbərlər
Bu bank verdiyi kreditlərin əksəriyyətini geri ala bilmir
“Bank Avrasiya” ASC-nin müştərilərə verdiyi kreditlərin 33,5 faizinin ödənilməsində gecikmələr var. xeberde.az bankın 2025-ci ilin birinci rübü üzrə maliyyə hesabatına əsasən məlumat verir ki, gecikmiş kreditlərin ümumi məbləği 36 milyon 746 min manata çatıb. Bankın ümumi kredit portfeli 109 milyon 581 min manatdır. Bu məbləğin 66,5 faizi və ya 72 milyon 835 min manatı 1–30 gün […]
Vüqar Bayramov: Bu, Azərbaycanın gücünü təsdiq edir
“Fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak etməsi və ABŞ Prezidenti tərəfindən ölkəmiz ilə bağlı deyilən xoş sözlər Azərbaycanın regional gücünü və geosiyasi mövqeyinin daha gücləndiyini bir daha təsdiq edir. Sülh Şurası özündə eyni zamanda dünyanın aparıcı iqtisadi gücünü birləşdirir. Bu sadəcə həmin şurada ABŞ-ın təmsil olunması deyil, həmçinin qurumun genişlənməsi ilə […]
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edildi
Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.



