Bəzən bir şəhərin taleyində bütöv bir millətin iradəsi, ağrısı və qüruru cəmlənir. Laçın da belə şəhərlərdən biridir. Bu şəhər, 30 il ərzində sadəcə coğrafi ərazi deyil, həm də xalqımızın yaddaşında bir nisgil, bir həsrət, amma eyni zamanda bir ümid simvoluna çevrilmişdi. İndi isə həmin Laçında birlikdə dayanmaq qələbənin təkcə zəfər səhnəsi deyil, həm də xalqın mənəvi ucalığının, birliyinin, səbrinin və vəfasının təntənəsidir.Laçında birgə olmağımız millət olaraq keçmişin yaralarına baxıbgələcəyin qurulması üçün bir daha diz çöküb yox, başıdik ayağa qalxdığımızın sübutudur.Bu torpaqda səslənən hər kəlmə, atılan hər addım, Azərbaycanın dövlətçilik tarixində yazılmış ən parlaq səhifələrdən biridir. Burada olmaq, susaraq da danışmaqdır vətənin nələr bahasına azad olunduğunu hiss etdirmək, gələcək nəsillərə tarixdən dərs verməkdir. 30 il ərzində susan dağlar indi bizimlə danışır. O lal səssizlik içində Şəhidlərin nidası, qocaların duası, anaların göz yaşı, körpələrin isə ümid dolu baxışları gizlənmişdi. İndi isə bu səssizlik yerini yeni səsə bərpa edilən həyatın, dirçələn mədəniyyətin və yüksələn Azərbaycanın səsinə verir. Laçında birlikdə olmaq bu səslərin ahənginə qoşulmaq milli iradənin əzəmətini bir daha dərk etməkdir. Əgər bir millət öz torpağına bu qədər bağlıdırsa, onu heç bir güc tarixdən silə bilməz. Laçının azadlığı bunu sübut etdi. Biz burada yalnız bir ərazini deyil, bir epoxanı azad etdik əsarətin yerini azadlığa, unudulmanın yerini xatırlanmağa verdik. Laçın artıq bir qələbə simvolu deyil, həm də xalqın ruhunun təcəssümüdür. Laçında birgə olmaq bizə tarix boyu yad edilən bir həqiqəti yenidən xatırladır ,torpaq, üzərində yaşadığımız sahə deyil, uğrunda can verilən,yaşadan, qoruyan bir Vətəndir. Bu torpaqda Şəhidlərin qanı axıbsa, burada atılan hər addım dua kimi yerə düşür. Burada səslənən hər kəlmə, minlərlə ailənin ürəyində illərlə daşıdığı həsrətin cavabıdır. Biz indi sadəcə qayıtmırıq biz haqqımızı alırıq. Laçında birgə olmaq təkcə bugünün yox, həm də gələcəyin məsuliyyətini daşımaqdır. Biz bu torpaqlarda gələcək nəsillərə yalnız abad yollar, yenilənmiş binalar deyil, həm də möhkəm milli yaddaş buraxmalıyıq. Çünki bu torpaq bizə təkcə coğrafiya ilə deyil, Şəhid qanı ilə əmanət edilib. Ona görə də Laçında dayanmaq sadəcə dayanmaq deyil, əyilməmək,unutmayacağımıza and içməkdir.Vəliyeva SüdabəSaatlı Dövlət Rəsm Qalereyasının direktoru
Oxşar Xəbərlər
“8 Noyabr” Elektrik Stansiyası ölkəmizdə ən böyük stansiyasıdır
İyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyası istifadəyə verildi. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə – cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə […]
Azərbaycanlı tələbə Almaniyada ölü TAPILDI: həkim köməkçisi işləyirdi
Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb. Birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb. Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov APA-ya açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb. O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, […]
Bizim ehtiyatlar məlumdur
Avropada Azərbaycan qazına böyük tələbat var.. Bu barədə Prezident İlham Əliyevin cari ilin 4 aprel tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışında ətraflı məlumat verib. Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız […]



