Bəzən bir şəhərin taleyində bütöv bir millətin iradəsi, ağrısı və qüruru cəmlənir. Laçın da belə şəhərlərdən biridir. Bu şəhər, 30 il ərzində sadəcə coğrafi ərazi deyil, həm də xalqımızın yaddaşında bir nisgil, bir həsrət, amma eyni zamanda bir ümid simvoluna çevrilmişdi. İndi isə həmin Laçında birlikdə dayanmaq qələbənin təkcə zəfər səhnəsi deyil, həm də xalqın mənəvi ucalığının, birliyinin, səbrinin və vəfasının təntənəsidir.Laçında birgə olmağımız millət olaraq keçmişin yaralarına baxıbgələcəyin qurulması üçün bir daha diz çöküb yox, başıdik ayağa qalxdığımızın sübutudur.Bu torpaqda səslənən hər kəlmə, atılan hər addım, Azərbaycanın dövlətçilik tarixində yazılmış ən parlaq səhifələrdən biridir. Burada olmaq, susaraq da danışmaqdır vətənin nələr bahasına azad olunduğunu hiss etdirmək, gələcək nəsillərə tarixdən dərs verməkdir. 30 il ərzində susan dağlar indi bizimlə danışır. O lal səssizlik içində Şəhidlərin nidası, qocaların duası, anaların göz yaşı, körpələrin isə ümid dolu baxışları gizlənmişdi. İndi isə bu səssizlik yerini yeni səsə bərpa edilən həyatın, dirçələn mədəniyyətin və yüksələn Azərbaycanın səsinə verir. Laçında birlikdə olmaq bu səslərin ahənginə qoşulmaq milli iradənin əzəmətini bir daha dərk etməkdir. Əgər bir millət öz torpağına bu qədər bağlıdırsa, onu heç bir güc tarixdən silə bilməz. Laçının azadlığı bunu sübut etdi. Biz burada yalnız bir ərazini deyil, bir epoxanı azad etdik əsarətin yerini azadlığa, unudulmanın yerini xatırlanmağa verdik. Laçın artıq bir qələbə simvolu deyil, həm də xalqın ruhunun təcəssümüdür. Laçında birgə olmaq bizə tarix boyu yad edilən bir həqiqəti yenidən xatırladır ,torpaq, üzərində yaşadığımız sahə deyil, uğrunda can verilən,yaşadan, qoruyan bir Vətəndir. Bu torpaqda Şəhidlərin qanı axıbsa, burada atılan hər addım dua kimi yerə düşür. Burada səslənən hər kəlmə, minlərlə ailənin ürəyində illərlə daşıdığı həsrətin cavabıdır. Biz indi sadəcə qayıtmırıq biz haqqımızı alırıq. Laçında birgə olmaq təkcə bugünün yox, həm də gələcəyin məsuliyyətini daşımaqdır. Biz bu torpaqlarda gələcək nəsillərə yalnız abad yollar, yenilənmiş binalar deyil, həm də möhkəm milli yaddaş buraxmalıyıq. Çünki bu torpaq bizə təkcə coğrafiya ilə deyil, Şəhid qanı ilə əmanət edilib. Ona görə də Laçında dayanmaq sadəcə dayanmaq deyil, əyilməmək,unutmayacağımıza and içməkdir.Vəliyeva SüdabəSaatlı Dövlət Rəsm Qalereyasının direktoru
Oxşar Xəbərlər
Qlobal müharibə şəraitində dizelin qiyməti 55 faiz bahalaşdı
Birləşmiş Ştatlarda dizel yanacağının orta qiyməti bir qallon üçün 5,820 dollara yüksələrək 2022-ci ilin iyun ayında qeydə alınmış əvvəlki rekord göstəricini geridə qoyub. xeberde.az xəbər verir ki, qiymətlərin kəskin sıçrayışı ABŞ ilə İran arasında hərbi əməliyyatların yenidən alovlanması və Ukraynanın Rusiya neft emalı zavodlarına etdiyi hücumlar fonunda qlobal tədarük qıtlığı ilə bağlıdır. ABŞ-də dizel və […]
16 il parlamentin döşəməsini yuyan qadının sirri ifşa olundu – işdən qovuldu
Böyük Britaniyada inanılmaz hadisə üzə çıxıb – 16 il ərzində gecələr parlamentdə, gündüzlər isə “Deutsche Bank”da çalışan nigeriyalı qadın Mulikat Oqumodede işdən azad edilib. xeberde.az-ın xəbərinə görə, məlum olub ki, qadın 2008-ci ildən 2024-cü ilə qədər ardıcıl olaraq iki tam ştat işdə çalışıb: səhərlər saat 08:00-dan 17:00-dək bankda, gecələr isə 22:00-dan 06:00-dək parlamentin binasında döşəmə […]
İran Suriya prezidentinin Bakı səfərindən “sancılandı”
Xamneyinin müşaviri pakistanlı nazirə Azərbaycandan şikayətləndi və sərsəm ittihamlar səsləndirdi – reaksiya “Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan İslam dünyasının xeyrinə olmayan hərəkətlər edir”. xeberde.az xəbər verir ki, bunu İran rəhbəri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə deyib. […]



