manset Şou-Biznes

“Mahnımdan əsər-əlamət qalmayıb” – İfasını pislədi

Müğənni Cabbar Musayev bəstələrinin rok tərzində oxunmasına etiraz edib.

xeberde.az xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində danışıb. C.Musayev “Mərdan Kazımov mahnınızı oxuyub, bəyəndiniz” sualına belə cavab verib:

“Mahnını fərqli hisslərnən yazmışam. Bu cür heç kim qəbul etmir. Orada Cabbar Musayev bəstəsindən əsər-əlamət yoxdur. İndi rok üslubunun dinləyicisi çoxalıb. Niyaməddin Musayev “Dünya sənin, dünya mənim” mahnısını lirik ürəklə yazıb. Toplayıb min, 2 min səs. “Dərviş” qrupu rep tərzi oxuyub və milyonlar toplayıb. İnsalar arasında ürək qoyduğun mahnını qəbul edənlərin sayı azalıb”.

C.Musayev əlavə edib ki, Mərdan mahnını oxuyan zaman ondan icazə almayıb:

“İcazə almaq dəbdə deyil. Bu, Azərbaycanda tətbiq olunmayıb. Yaxın 20, 30, 50 il ərzində qanun qəbul edilər yəqin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir