Təhsil

Abituriyentlərin nəzərinə: gələcəyin ən perspektivli ixtisasları açıqlandı

Ali təhsil müəssisələrinə qəbul dövrü yaxınlaşdıqca abituriyentlərin hansı ixtisaslara üstünlük verəcəyi yenidən gündəmə gəlir. Son illərdə bəzi istiqamətlərə, xüsusilə IT, iqtisadiyyat, hüquq sagələrinə marağın artdığı müşahidə olunsa da, əmək bazarının ehtiyacları ilə abituriyent seçimləri arasında uyğunluğun nə dərəcədə təmin olunduğu müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, ixtisas qrupları üzrə bu il hansı ixtisaslara daha çox maraq gözlənilir […]

Dünya Gündəm

Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb

Rusiyada Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə getmək istəyənlərin sayı getdikcə azalır. xeberde.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib. Analitiklər “Veçnıye İstorii” nəşrinin məlumatına istinad edərək qeyd ediblər ki, 2026-cı ilin birinci rübündə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladıqdan sonra birdəfəlik bonus alan şəxslərin sayı 71 min 200 […]

Hadisə

19 yaşlı qadın ölü körpə doğdu

Yevlaxda ölü doğuş faktı baş verib. xeberde.az-ın məlumatına görə, iyunun 9-u saat 01 radələrində rayonun Kövər kənd sakini, 2006-cı il təvəllüdlü Səkinə Süleyman qızı Cəfərova hamiləliyi ilə bağlı xəstəxanaya müraciət edib. Doğuş prosesi zamanı dölün bətnində öldüyü müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

AKTUAL Cəmiyyət

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur – ŞOK RƏQƏMLƏR

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub. Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, […]

Araşdırma Dünya Gündəm

Dünyada acların sayı 100 milyon arta bilər – BMT

İranda davam edən müharibə həssas əhali qrupları arasında kütləvi aclığa səbəb ola bilər. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Karl Skau bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı üzərindən daşımaların məhdudlaşdırılması yanacaq qiymətlərinin artmasına səbəb olub. Bu isə dünya üzrə humanitar əməliyyatların maya dəyərini yüksəldib, ərzaq məhsullarının bahalaşmasını sürətləndirib və Fars körfəzi regionundan gübrə tədarükündə […]

Dünya

İran Hörmüzdə bütün gəmi keçidlərini DAYANDIRDI

İran Hörmüz boğazının bütün növ gəmi keçidləri üçün bağlandığını bəyan edib. xeberde.az xəbər verir ki, İran tərəfinin yaydığı məlumata görə, qərar neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla bütün dəniz nəqliyyatı vasitələrinə şamil olunur. Bildirilib ki, boğazdan keçməyə cəhd göstərən istənilən gəminin hərəkətinə müdaxilə ediləcək. Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin mühüm hissəsinin […]

Şou-Biznes

Türkiyədə tanınmış simalar saxlanıldı

Türkiyədə məşhurları hədəf alan növbəti narkotik əməliyyatı keçirilib. xeberde.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində məşhur müğənni Kenan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat, eləcə də Kerimcan Durmaz və Berdan Mardini daxil olmaqla ümumilikdə 22 nəfərin saxlanıldığı bildirilir. Məlumata görə, saxlanılan şəxslər dindirilmək üçün İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinə aparılıblar.

Dünya

Hücum davam edir: Sirik və Keşmdə partlayışlar baş verib

İranın Sirik və Keşm adaları ətrafında bir neçə partlayış səsi eşidilib. xeberde.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, partlayışların dəqiq başvermə yeri və mənbəyi hələlik müəyyən edilməyib. Agentlik qeyd edib ki, Keşm adasında hava hücumundan müdafiə sistemi işə düşüb. Hadisə ilə bağlı İran rəsmiləri hələlik ətraflı açıqlama verməyiblər.