Rusiya ordusunun general-leytenantı Balaşixada avtomobilin partladılması nəticəsində həlak olub.
xeberde.az rus mediasına istinadən xəbər verir ki, öldürülüən general-leytenantın adı hələlik məlum deyil, lakin onun 62 yaşında olduğu barədə məlumatlar ortaya çıxıb.
Hadisə Moskva yaxınlığında Balaşixada Rusiya hərbçilərinin yaşadığı rayonda, Baş Qərargah rəisinin müavini Yaroslav Moskalikin avtomobilinin aprel ayında partladıldığı yerdən 350 metr aralıda partlayış baş verib.
Partlayıcı qurğu BMW X3-ün alt hissəsinə bərkidilmiş və generalın maşına girməsi ilə uzaqdan işə salındığı ehtimal olunur.
Rusiya İstintaq Komitəsi “avtomobilin partladılması faktı ilə” iş açıb, lakin hansı maddə ilə bağlı olduğunu dəqiqləşdirməyib. General-leytenant Rusiya ordusunda ən yüksək zabit rütbələrindən biridir.
Əgər fakt öz təsdiqini taparsa, Rusiya-Ukrayna müharibəsi dövründə arxa cəbhədə belə yüksək rütbəli zabitin dördüncü dəfə öldürülməsi olacaq.
Daha əvvəl üç leytenant general Rusiya xətlərinin arxasında həlak olub: 2024-cü ilin dekabr ayında NBC Mühafizə Qüvvələrinin rəisi general-leytenant iqor Kirillov Moskvada skuterə bərkidilmiş bomba partlayışı nəticəsində həlak olmuşdu.
2025-ci ilin aprel ayında Balaşixada baş verən avtomobil partlayışı nəticəsində Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik həlak olub.
2025-ci ilin dekabr ayında Ruisya Silahlı Qüvvələrinin əməliyyat hazırlığı şöbəsinin rəisi, general-leytenant Fanil Sarvarov binanın yaxınlığındakı dayanacaqda öldürülüb.
Bundan əlavə, fevral ayında Moskvada QRU-nun rəis müavini, Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. O, sağ qalıb.




