2004-2016-cı illərdə Azərbaycan çempionatlarında iştirak etmiş “Xəzər Lənkəran” futbol klubunun yenidən fəaliyətə başlaşlayacağı barədə söz-söhbətlər yaranıb. Yayılan xəbərlərə görə, Türkiyədə fəaliyyət göstərən iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov yenidən kluba sponsorluq etməyə razılaşıb. xeberde.az xəbər verir ki, idman jurnalisti Anar Xanlarov yayılan məlumatlara bəzi aydınlıq gətirib. O, məsələ ilə əlaqədar kiçik bir araşdırma apardığını qeyd edib. […]
Day: İyun 4, 2026
İran Hörmüz boğazından keçid üçün ödəniş almayacaq
Tehran Hörmüz boğazından tranzit üçün ödəniş almaq niyyətində deyil. O, yalnız gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş tələb edir. xeberde.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə “Mehr” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, İran və Oman həmin bölgədə gəmilərə bir sıra xidmətlər göstərir və nəzərdə tutulan ödənişlər də məhz bu xidmətlərlə […]
Bakıda dağılan “tarixi malikanə”nin fotosu süni intellektlə yaradılıb – RƏSMİ
Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşdiyi, Teymur bəy Aşurbəyovun mülkü olduğu və hazırda dağılmaq təhlükəsi ilə üzləşdiyi iddia edilən tikili ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə xeberde.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd edilib ki, qurumun Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə yerləşən […]
Paşinyan bu axşam rəqiblərilə debata çıxır – Köçəryan dueldən qaçdı
İyunun 4-də saat 21:30-da Ermənistan İctimai Televiziyasında parlament seçkilərində iştirak edən siyasi qüvvələrin baş nazirliyə namizədlərinin iştirakı ilə debatlar başlayacaq. xeberde.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bu axşam İctimai Televiziyadakı debatda iştirak edəcəyini deyib. Debatda Paşinyanın əsas rəqibləri – “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanla “Ermənistan” blokunun lideri Robert Köçəryan, “Çiçəklənən […]
Şagirdlərlə bağlı yenilik – bu il ilk dəfə…
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək. Bu barədə xeberde.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Məlumata görə, ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur. “Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil […]
İldə 1,5 milyon insanın, xüsusən də uşaqların ölümünə səbəb olan qida – ÜST açıqladı
Bakteriya, virus, parazit və ya kimyəvi maddələrlə çirklənmiş qidaların istehlakı hər il dünyada təxminən 1,5 milyon insanın ölümünə səbəb olur. Beş yaşdan kiçik uşaqlar xüsusilə həssasdırlar. xeberde.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.ÜST mütəxəssisləri 2000-ci ildən 2021-ci ilə qədər 194 ölkəni əhatə edən təhlildə hər il təxminən 886 milyon insanın […]
Bolqarıstan borclarını ödəmək üçün pul axtarır
Bolqarıstan Maliyyə Nazirliyi ölkənin çətin maliyyə vəziyyəti fonunda borclarını ödəmək üçün 3,8 milyard avroya qədər borc götürməyi nəzərdən keçirir. xeberde.az bu barədə “Novinite”yə istinadla xəbər verir. “Baş nazirin müavini və maliyyə naziri Qalab Donev Bolqarıstanın 3,8 milyard avroya qədər yeni borc götürməli olacağını bildirib və bu tədbiri qaçılmaz adlandırıb”, məlumat deyilir. Qeyd olunur ki, borc […]
Bakıda yeni körpü tikilir – VİDEO
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni biraşırımlı körpünün inşasına start verilib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə svayvurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür. Xatırladaq ki, […]
Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib – YENİLƏNİB
Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Güzdək stansiyasından yola salınıb. xeberde.az xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub. Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına […]
Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub
2026-cı ilin may ayı ərzində Azərbaycanın sərhəd rеjim qaydalarını pоzduqlarına görə 211 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb. Onların 7-si İran, 3-ü Azərbaycan, 2-si Mərakeş, 2-si Nigeriya, 2-si Əlcəzair, 1-i Əfqanıstan, 1-i Türkiyə, 1-i Hindistan, […]










