Sosial

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər. xeberde.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında […]

Cəmiyyət

Eldar Rəsulova vəzifə verildi

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub. xeberde.az xəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.  “Məmnuniyyətlə bildirirəm ki, peşəkar fəaliyyətimdə yeni bir mərhələyə qədəm qoyaraq ölkəmizin dağ-mədən sənayesində mühüm […]

Cəmiyyət

Məhərrəmlik öncəsi Bakıda toy “yağışı”: Şadlıq saraylarında boş yer qalmadı

Azərbaycanda builki Məhərrəm ayının iyunun 16-da başlaması ilə əlaqədar olaraq şadlıq saraylarında böyük sıxlıq və toy “yağışı” yaşanır. Hazırda paytaxtdakı əksər şadlıq saraylarında boş gün tapmaq demək olar ki, qeyri-mümkündür. Ölkədə bir çox vətəndaş məhərrəmlik dönəmində toy etməkdən çəkinsə də, bu ayda şadlıq edənlərin sayı da az deyil. xeberde.az paytaxtın tanınmış şadlıq sarayları arasında sorğu keçirərək […]

İdman

Dünyanın ən bahalı 20 futbolçusu – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 20 futbolçusunun siyahısını açıqlayıb. xeberde.az-ın məlumatına görə, siyahıya İspaniya çempionu “Barselona”nın 18 yaşlı oyunçusu Lamin Yamal başçılıq edir. 1. Lamin Yamal (“Barselona”) – 358,1 milyon avro 2. Erlinq Haaland (“Mançester Siti”) – 227,3 milyon avro 3. Kilian Mbappe (“Real Madrid”) – 165,7 milyon avro 4. Mixael Olişe […]

Bölgə

Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparılacaq

“Laçın və Kəlbəcərdə də arxeoloji tədqiqatların aparılması planlaşdırılır”. xeberde.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli “2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü”nün açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, ötən il işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar təşkil olunub: “Qarabağda elmi mərkəz açılmalıdır. Bunun artıq vaxtıdır. Qarabağın bəzi ərazilərində […]

AKTUAL Gündəm Hadisə

Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı

Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir. xeberde.az xəbər verir ki, Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına […]

Sosial

Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsinin operatoru yalnız şəhadətnamə aldıqdan sonra fəaliyyət göstərə bilər. Məhz bu çərçivədə avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə […]

Hadisə

Perinatal Mərkəzin sabiq direktoru məhkəmə zalında HƏBS OLUNDU

Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. xeberde.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə oxunub. M.Abasquliyeva məhkəmə zalında həbs olunub. Xatırladaq ki, ötən proseslərin birində dövlət […]