Xankəndi şəhərinin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir. xeberde.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək. “Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları aşağıdakılardır: 1 nömrəli avtobus “Qarabağ Universitetinin […]
Month: Aprel 2026
Bu şəxslərə 2000-6000 manat veriləcək
Mayın 3-də ilk dəfə keçiriləcək tam marafonda qaliblərin mükafatları bəlli olub. xeberde.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təşkil olunan marafon bu il ilk dəfədir ki, yarımarafon deyil, tam marafon kimi keçirilir. 42 kilometr məsafəni qət edəcək ilk 3 yerin kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları ilə təltif […]
Azərbaycanla Çin arasında rəqəmsal inkişaf müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib. xeberde.az xəbər verir ki, bu barədə H.Hacıyev özünün X hesabında məlumat paylaşıb. “Azərbaycanla Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə […]
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. Müdafiə Nazirliyindən xeberde.az-a verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında baş tutub.Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini […]
Abşeronda 17 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib. DİN-dən xeberde.az-a verilən xəbərə görə, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 13 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 17 nəfər saxlanılıb, “isti izlərlə” 19 cinayətin üstü açılıb.Qanunsuz küçə ticarəti, avaralıq və […]
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
Türkiyəli məşhur müğənni Hande Yener Muğlada keçirilən konsert zamanı prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlətməsi iddiası ilə istintaqa ifadə verməyə çağırılıb. Müğənni səhnədə çıxışı zamanı prezidentə işarə edərək “Bu dövrü çox gözəl devirəcəyik” dediyi iddia olunub. İstintaq çərçivəsində müğənni barəsində hər hansı saxlanılma tədbiri görülməyib, lakin onun şübhəli şəxs qismində ifadəsinin alınmasına qərar verilib. Yener prokurorluğa verdiyi ifadəsində bildirib […]
Zaxarova Ermənistana XƏBƏRDARLIQ ETDİ
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı yeni missiyası ilə bağlı Moskvanın narahatlığını ifadə edib. xeberde.az xəbər verir ki, o, bu missiyanın regiondakı geosiyasi balanssızlığa xidmət etdiyini vurğulayıb. “Biz ümid edirik ki, erməni müttəfiqlərimiz və dostlarımız bu yeni missiyanın daxili işlərə müdaxilə vasitəsinə çevrilməsinə imkan verməyəcəklər. Eyni zamanda İrəvanın Qərbin geosiyasi oyunlarına […]
Bu parklar birləşdirilir – FOTO
Bakının iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Bu barədə xeberde.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, bu layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub. “Artıq “Gənclik” metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə […]
Ölən işçinin qardaşı özündən çıxdı: “Siz necə insanlarsınız?!” – VİDEO
Xəbər verdiyimiz kimi, paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qazıntı işləri aparılan zaman torpaq qatı çöküb və 2 nəfər torpaq qatının altında qalıb. xeberde.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələrinin xilasetmə əməliyyatı nəticəsində bir nəfər xilas edilib, digərinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onlar […]
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
IV və VI siniflərdə təhsilalanların monitorinqinə hazırlıq mərhələsi məqsədilə aprelin 27-si saat 18:00-dan etibarən sözügedən siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır. xeberde.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər aprelın 30-ü saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə […]










